Utandım – Qvardiola İtaliya millisindən niyə imtina edib?
Bizi izləyin

İdman

Utandım – Qvardiola İtaliya millisindən niyə imtina edib?

Utandım – Qvardiola İtaliya millisindən niyə imtina edib?

"Barselona" və "Mançester Siti"nin sabiq baş məşqçisi Xosep Qvardiola Premyer Liqa nəhəngindən ayrıldıqdan sonra aldığı təkliflər barədə danışıb.

Publika.az xəbər verir ki, mütəxəssisin sözləri ESPN tərəfindən sitat gətirilib.

"Bu barədə ilk dəfə danışıram, amma bəli, İtaliya millisinin nümayəndələri ilə söhbətim oldu. İtaliya kimi bir ölkəni rədd etdiyim üçün bir az utandım.

Sadəcə dayanmalı olduğumu bilirdim. İki il əvvəl zəng etsəydilər, razılaşardım. Amma Maldini və Leonardo mənimlə əlaqə saxlayanda sadəcə dayanmalı olduğum barədə qərar qəbul etmişdim”, - Qvardiola deyib.

Xatırladaq ki, məşqçi 2026-cı ilin iyun ayından, yəni "Mançester Siti"dən ayrıldığı vaxtdan (593 oyun) bəri işsizdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm