İdman
Futbolçu oyundan sonra güllələndi
26 yaşlı meksikalı keçmiş peşəkar futbolçu və məşqçi Luis Alberto Rios Çaves ("El More") 22 noyabr 2026-cı ildə güllələnərək öldürülüb.
Publika.az xəbər verir ki, “Express” və “MVS Noticias” nəşrlərinin yaydığı məlumata görə, hücum Meksikanın Quanaxuato ştatının İrapuato şəhərindəki "La Estrella" (Las Delisias məhəlləsi) futbol meydançalarında baş verib. Çaves yoldaşlıq oyunundan sonra dostları ilə söhbət edərkən motosikletlərlə gələn silahlı şəxslər onlara atəş açıblar.
Futbolçu aldığı güllə yaralarından hadisə yerində ölüb. Onun yanında olan dostlarından biri isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
"El More" ləqəbi ilə tanınan Çaves Meksikanın Üçüncü Divizionunda "Atletiko San Fransisko del Rinkon" ("Los Brujos") klubunun heyətində çıxış edib və 2019-cu ildə çempionluq qazanıb. O, həmçinin həvəskar "Arandas FC" klubunda oynayıb və "Loros" Futbol Akademiyasında uşaqlara məşqçilik edib.
Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hələlik saxlanılan yoxdur və hücumun motivi məlum deyil.
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
























.jpg)











