Camala görə “Bayern” rəhbərliyini qınadı: Bu, keçilə bilməyən bir xətdir
Bizi izləyin

İdman

Camala görə “Bayern” rəhbərliyini qınadı: Bu, keçilə bilməyən bir xətdir

Camala görə “Bayern” rəhbərliyini qınadı: Bu, keçilə bilməyən bir xətdir

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix əvvəllər üç dəfə huşunu itirən və əzələ zədəsi alan komanda yoldaşı Camal Musiala ilə bağlı vəziyyət barədə danışıb.

Publika.az xəbər verir ki, Kimmix klub rəhbərliyini oyunçunun böyük müqaviləsi ilə bağlı şərhlərinə görə tənqid edib. Musiala ilə beş illik müqavilənin dəyəri ildə təxminən 25 milyon avrodur.

“Ümumiyyətlə, vəziyyətə fərqli perspektivlərdən baxmaq lazımdır. Bunun klub üçün də çətin bir vəziyyət olduğunu çox yaxşı başa düşürəm. Əlbəttə ki, son iki ildə Camalın karyera inkişafını izləyirəm. O, Avrokuboklarda hərəkətverici qüvvəmiz və sonradan ən həyəcanverici oyunçumuz idi. Sonra müqaviləsini uzatdı və həm klub, həm də Almaniya milli komandası üçün 10 nömrəli formanı aldı. Və sonra ilk əzələ zədəsi aldı.

Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, müqaviləni yenilədikdə, xüsusən də bu yaşda, bu, qazandığınız uğurlara arxayın olub növbəti beş ildən sakitcə zövq ala biləcəyiniz anlamına gəlmir. Əksinə, bu, motivasiya mənbəyi kimi xidmət edir və qarşılamağa çalışdığınız meyarı müəyyən edir. Daha sonra Camal xəstəlik və ciddi zədə ilə mübarizə aparmalı oldu. Xəstəliyi nəzərə alınmaqla klubun narahatlıqları da eyni dərəcədə başa düşüləndir.

Amma başa düşmədiyim şey bütün bunların ictimaiyyətə necə təqdim olunmasıdır. Belə şeylərin bir oyunçunun hesabına baş verməsi qəbuledilməzdir. Əlbəttə ki, klub həmişə birinci yerdədir və oyunçu kimi hər birimizdən daha vacibdir, amma fərddən daha vacib ola bilməz. Bu, keçilə bilməyən bir xətdir, bu, “Bayern”in ruhuna uyğun gəlmir – xüsusən də hazırkı vəziyyətdə, özüm dəfələrlə bu klubun nə qədər unikal olduğunu vurğuladığım bir vaxtda. İndi baş verənlər – sadəcə baş verməməlidir. Bu, mənim üçün tamamilə anlaşılmazdır”, – deyə “RMC Sport” Kimmixin sözlərini sitat gətirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm