İdman
Xabi Alonso gileyləndi: "Hesabı qoruya bilmirik..."
“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının son turunda “Nottingem Forest”ə 2:3 hesabı ilə məğlubiyyətdən sonra komandasının vəziyyətini dəyərləndirib.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının hazırda çətin mərhələdən keçdiyini etiraf edib.
Alonso məğlubiyyətin səbəblərindən danışarkən bildirib ki, futbolçular hesabı qorumaqda çətinlik çəkirlər və müdafiədə yol verilən səhvlər komandanın vəziyyətini daha da ağırlaşdırır.
“Çox şey istədiyimiz kimi getmədi. Hesabı qorumaqda çətinlik çəkirik. Üçüncü qolu buraxmağımız işimizi xeyli çətinləşdirdi. Hazırda möhkəmlik və özünəinam baxımından ağır dövrdən keçirik. Çıxış yolu tapmaq üçün çalışmalıyıq. Özünəinamı yenidən qazanmağın yeganə yolu budur”, – deyə o bildirib.
Baş məşqçi futbolçuların birliyinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxmaq üçün komandanın bütün üzvləri bir-birinə dəstək olmalıdır.
Alonso qeyd edib ki, uğur qazanmaq üçün tələb olunan keyfiyyət, düşüncə tərzi və mübarizə əzmi komandanın öz daxilindən gəlməlidir. O, çətinliklərə baxmayaraq, işləməkdən və yenidən cəhd etməkdən başqa yol görmədiyini söyləyib.
Qeyd edək ki, “Nottingem Forest”lə görüşdə meydan sahiblərinin qollarını İqor Jezuş və Morqan Gibbs-Uayt (2) vurub. “Çelsi”nin heyətində isə Emmanuel Emeqa dubl edib.
Bu məğlubiyyətdən sonra 16 xalda qalan London təmsilçisi Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Nottingem Forest” isə xallarının sayını 12-yə çatdıraraq 14-cü sıraya yüksəlib.
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar











.webp)











.jpg)











