İdman
Güləşçimiz Avropa çempionu oldu - FOTO
Güləşçimiz Alyona Kolesnik U-23 AÇ-2015-də qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF)
Publika.az-a verilən məlumata görə, Polşanın
Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası
idmançılar mübarizə aparır.
Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki
dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki
dərəcəsində təmsil olunub.
Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən
Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan
olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun
rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən
təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa
çempionatının qızıl medalına sahib olub.
48 kq
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0
Təsəlliverici görüş - Patimat Baqomedova - Vanesa Kaladzinskaya
(BLR) 2:5
55 kq
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova
(EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser ((SUI) - Alyona Kolesnik
0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova
(BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona
Kolesnik 0:12 (təmiz qələbə)
69 kq
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır




































