İdman
Avropa Liqasının kuboku Ukraynaya, yoxsa İspaniyaya gedəcək?
Avropa Liqasının kuboku Ukraynaya, yoxsa İspaniyaya gedəcək?
Bu gecə futbol üzrə Avropa Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşəcək.
Publika.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada baş tutacaq həlledici qarşılaşmada İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klubları üz-üzə gələcək.
İspaniya təmsilçisi bu görüşdən qalib ayrılacağı təqdirdə, yeni rekorda imza atmış olacaq. 3 dəfə Avroliqanın qalibi olmuş "Sevilya" gecəni qələbə ilə başa vurarsa, 4-cü çempionluğunu yaşayacaq. Bununla da andalusiyalılar "Yuventus", "İnter" (hər ikisi İtaliya) və "Liverpul" (İngiltərə) klublarını bu göstəricidə keçəcək.
Cari mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer almış "Dnepr" üçün isə birinci dəfədir yüksəldiyi final matçı böyük uğur sayıla bilər. Ukrayna klubu kuboku başı üzərinə qaldıracağı halda bu, Dnepropetrovsk komandasının avrokuboklardakı ilk titulu olacaq.
İngiltərədən olan Martin Atkinsonun idarə edəcəyi matç Varşava Milli stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Avropa Liqası. Final
23:45. "Dnepr" (Ukrayna) – "Sevilya" (İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
Polşa. Varşava. Milli stadionu
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir