İKT
Feysbuk idarəçilərinin gizli yazışması ORTAYA ÇIXDI - ŞOK GERÇƏK
Son günlər istifadəçilər və reklamverənlər arasında etibarını itirən feysbuk sosial şəbəkəsi daha bir qalmaqal ilə yenidən gündəmdədir.
Publika.az xəbər verir ki, bu dəfə şirkət idarəçiləri arasında gizli yazışmalar ortaya çıxıb. Həmin yazışmalarda “böyümək uğrunda hər şey etmək olar” kimi ifadələr yer alıb.
2016-cı ildə daxili yazışmada idarəçilərdən Andrey Boşors deyib ki, təhlükələr və ya terror aktlarının nəticəsi insanların ölümü olsa belə, böyümək vacibdir.
Bu daxili yazışmalar açıqlanandan sonra şirkətin sahibi Mark Zerkerberq açıqlama verərək, A.Boşorsun fikirlərinin şirkətin fəlsəfəsini əks etdirmədiyini bildirib.
Ancaq bu məlumat şirkətin son zamanlar yaşadığı skandalları belə kölgədə qoyub.
2016-cı ildə şirkət daxilindəki yazışmanın mətni belədir:
- Daha çox insanın bir-biri ilə əlaqə qurmağına çalışırıq.
- Mənfi istiqamətdə istifadə etsələr pis ola bilər. Bəlkə, insanları internet zorbalarının hədəfinə gətirməklə birinin həyatını itirməsinə səbəb oluruq. Bəlkə də, bizim vasitəmizlə əlaqələndirilmiş terror aktında biri ölə bilər.
- İnsanları bir-biri ilə əlaqələndirməyimiz çox yaxşıdır. Bəlkə də, bizim üçün rəqəmlərin doğru danışdığı tək yerdir.
- Buna görə də böyümək üçün hər şey etmək olar. Yeni münasibətlərin qurulması, insanların bu üsulla dost tapacaqlarına inandırmaq üçün şirin dil, bir sözlə, daha çox insanı cəlb etmək üçün bütün üsullardan istifadə etmək olar. Burada pis heç nə yoxdur.
Bu yazışmalar yayılandan sonra A.Borşors tviter hesabında əslində orada yazılan fikirlərlə tam razı olmadığını deyib. Ancaq əməkdaşları arasında təxribatçı müzakirə açmaq məqsədilə yazdığını bildirib.
“Belə çətin mövzularda müzakirə aparmaq bizim işimizin bir parçasıdır. Bunu normal etməyimiz üçün pis fikirləri də yazışmaya daxil etməliyik.
Zukerberq isə bildirib ki, A.Borşors qıcıqlandırıcı fikirlər deyən bacarıqlı liderdir.
“Mən də daxil olmaqla feysbukdakı bir çox insan qüvvətə qarşıdır. Məqəsədə çatmaq üçün hər yoldan istifadə etməyin mümkün olduğuna heç zaman inanmadıq”.
Gülxar
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






