İKT
AzTV-də daha bir kadr dəyişikliyi - FOTO
Fevralın 14-də Azərbaycan Televiziyasının 63, Mədəniyyət kanalının 8 illiyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, gecəyə bir sıra dövlət xadimləri, ictimai korpusun nümayəndələri və ziyalı şəxslər təşrif buyurub. Fərqli tərtibatda təqdim edilən proqramı, Gülarə Əliyeva adına Dan Ulduzu İnstrumental Ansamblı müşayiət edib.
“Xəbərlər” proqramı televiziyanın 63-cü ildönümü münasibəti ilə yeni istifadəyə verilən studiyadan efirə yayımlanıb. Azərbaycan Televiziyasının yeni rəhbərliyi tərəfindən hazırlanan studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı, QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır. Əsl informasiya ab-havasını aşılayan studiya milli ornamentləri qoruduğu kimi, müasirliyi də özündə əks etdirir və bütün standardlara cavab verir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla televiziyanın sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan Televiziyasında köklü islahatlar aparılır. Burada maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilir, televiziyanın efir proqramlarında köklü yeniliklər görünür. Kanalda daha bir uğurlu kadr dəyişikliyi “Xəbərlər” departamenti ilə bağlıdır.
Belə ki, Azərbaycan Televiziyasında nümayiş olunan İqtisadiyyat xəbərləri artıq Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacaq.
Xatırladaq ki, 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür. “Diqqət-diqqət, göstərir Bakı”, 1956-cı ilin 14 fevralında Azərbaycanın ilk televiziyası məhz bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. O gün, bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Ərsəyə gələn hər bir verilişdə, videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. İndi isə keçək Azərbaycan Televiziyasındakı müsbət dəyişikliklərə.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır