İKT
Koronavirus əlamətlərini aşkarlayan maska istehsal edildi
Sinqapur alimləri koronavirus infeksiyasına yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.
Publika.az xəbər verirki, maskada nəbz, bədəninin istiliyi, təzyiqi, nəfəsalma vəziyyəti və digər bu kimi əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb. Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürürlər. Sensorların özlərinin qoruyucu avadanlıqlarla birlikdə yuyula biləcəyi və hətta bir maskadan digərinə keçirilə biləcəyi qeyd olunur.
Bu texnologiyanı işləyib hazırlayanlar söyləyiblər ki, fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar. Hazırda maskanın qiyməti 36 dollardan bir qədər çoxdur, lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.
Bundan əvvəl Amerika alimləri sübut ediblər ki, kombinə edilmiş materialdan olan cərrahi maskalar və aksessuarlar koronavirusa qarşı ən yaxşı müdafiə vasitələridir. N95 tipli xüsusi cərrahi maskalar və kombinə edilmiş materiallardan hazırlanmış qoruyucu aksessuarlar — məsələn, pambıq və sintetik maskalar yüksək effektivliyi ilə fərqlənirlər. Lakin N95 standartından olan maskaların yüksək qoruyuculuq dərəcəsinə malik olmalarına baxmayaraq, tədqiqatçılar həmin maskalarda quraşdırılmış klapana görə onların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
