İKT
Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək
Türkiyə türkdilli ölkələrlə, həmçinin Azərbaycanla kosmik sferada əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım bildirib.
"İstənilən inkişaf etmiş ölkə kosmik sferada liderlərin sırasına daxil olmalıdır", - agentliyin rəhbəri deyib.
Onun sözlərinə görə, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var.
“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik", - Sərdar Hüseyn Yıldırım qeyd edib.
Yıldırım vurğulayıb ki, Türkiyə kosmik proqramın hazırlanması zamanı qarşısına bir sıra hədəflər qoyub. "Ölkəmiz, sözsüz ki, kosmik proqramın reallaşdırılması üçün bütün imkanlara malikdir. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq", - o deyib.
Qeyd edək ki, ilk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyi kosmik sahədə Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





