İKT
Azərbaycanda yeni telekanal yaradılır - Müsabiqə ELAN EDİLDİ
Mayın 31-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Publika.az-a qurumdan verilən məlumata görə. iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.
İnformasiya texnologilarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.
Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.
İclasda həmçinin Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





