İKT
Bakıda “Jurnalistlərin münaqişə zonasında davranışları” təlimi keçirilir - FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə “Al Jazeera” media şəbəkəsinin Azərbaycanın media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başlayıb.
Publika.az xəbər verir ki, seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MİA-nın Media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “Al Jazeera” media şəbəkəsinin İctimai Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək, təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıb.
Seminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması” mövzusunda ilk mühazirə dinlənilib. Daha sonra digər çıxışlarda “Xəbər toplamaqda riskin qiymətləndirilməsi” və “Ballistik təhlükə” məsələlərinə də toxunulub.
Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)