İKT
Nazir müşaviri təyin olunan gənc bu şəxsin oğludur - DOSYE
Xəbər verdiyimiz kimi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.
Nazirin müşaviri vəzifəsinə təyinat alan şəxs Rəşad Həsənovdur.
Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.
Rəşad Həsənov 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində "İqtisadi və maliyyə sektoru siyasətləri" ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb.

Qeyd edək ki, tanınmış jurnalist Müsəllim Həsənov 1985-1989-cu illərdə "Azərnəşr"də çalışıb. "Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub. 1997-ci ildə isə "Panorama" qəzetində şöbə müdiri vəzifəsində işləyib.
1997-2000-ci illərdə Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edib.
Daha sonralar "Bizim əsr" və “Yeni yüzil” qəzetlərində çalışıb.
2010-2013-cü illərdə isə İctimai Televiziyada redaktor vəzifəsində işləyib.
2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur. Tərcüməçi, professor Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.(modern.az)
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






