İKT
"Bakcell" Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim etdi
Bakcell Bakı şəhərində, “Sahil” metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub.
Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha asandır.
“Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik. Bu il növbəti dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Mağazanın şəhərin mərkəzində yerləşməsini nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır






_1507621258_1508480454.jpg)






.jpg)
.jpg)


















