İKT
"Facebook" və "Instagram" YENƏ ÇÖKDÜ
Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində fasilələr müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.
Bildirilib ki, ən çox şikayət Böyük Britaniya, Almaniya və ABŞ-dan gəlir.
İstifadəçilər proqramda serverə qoşularkən və sayta daxil olmaq istəyərkən problemlərlə qarşılaşırlar.
Rusiyada da xidmətdə nasazlıqlar qeydə alınıb. Bundan əlavə, bir sıra ölkələrdə "Facebook" sosial şəbəkəsinin işində daha kiçik miqyaslı nasazlıqlar müşahidə olunur, lakin Rusiya Federasiyasında heç bir nasazlıq qeydə alınmayıb.
Qeyd edək ki, oktyabrın 5-də"Facebook", "Instagram" və "WhatsApp" bir çox digər xidmətlərə təsir edən qlobal fasilə ilə üzləşib. Məlum olub ki, şirkət mühəndislərinin səhvi ucbatından 6 saata yaxın populyar sosial şəbəkələr və messencer əlçatan olmayıb.
İndi "Meta" adlanacaq "Facebook" korporasiyasının rəhbəri Mark Zukerberq baş verənlərə görə ictimaiyyət qarşısında üzr istəməyə məcbur olub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































