İKT
Məlumat Hesablama Mərkəzi “AzInTelecom”a birləşdirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyə məxsus “AzInTelecom” MMC-yə birləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Məlumatda deyilir ki, bununla əlaqədar “AzInTelecom” yenidən təşkil ediləcək və burada qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.
Xatırladaq ki, ölkə orezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi RİNN-ə həvalə edilib. Fərmanın icrası məqsədilə nazirliyin tabeliyində olan qurumlarda korporativ idarəetmənin və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, sözügedən qurumların fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində işlərə başlanılıb.
“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanla yanaşı, “Hökumət buludunun (G-cloud) yaradılması, bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərman da iki qurumun birləşdirilməsini, “AzInTelecom”un yenidən təşkil edilməsiini aktual edib. Bu birləşmə Data mərkəzində infrastruktur işlərinin optimallaşdırılmasına, bulud texnologiyası əsaslı bulud xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılmasına, elektron xidmətlərin təşkili üçün texniki heyətin bir mərkəzdə cəmləşdirilməsinə, bu sahədə xərclərin optimallaşdırılmasına və gəlirlərə vahid nəzarət mexanizminin təmin edilməsinə imkan yaradacaq. “AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurlar qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.
Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır. Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)