İKT
"ChatGPT" insanları dəli etməyə başlayıb: "Süni intellekt psixozu" təhlükəsi
"ChatGPT" süni intellekti qəribə və yalan ifadələr verməyə başlayıb ki, bu da istifadəçilərdə təşviş yaradıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" qəzeti 2023-cü ilin mayından 2025-ci ilin avqustuna qədər olan yazışmaların arxivini təhlil edərək yazıb.
Dialoqların birində ABŞ-nin Oklahoma ştatında yanacaqdoldurma məntəqəsinin işçisi olan kişi "ChatGPT" ilə "Orion tənlikləri" konsepsiyasını müzakirə etmək qərarına gəlib. Bundan sonra kişi etiraf edib ki, dialoqdan sonra narahatlıq hiss edib. Başqa bir yazışmada çatbot yadplanetlilərlə əlaqə saxladığını iddia edib və istifadəçini Lira planetindən olan "Ulduz toxumu" adlandırıb.
Psixiatrlar belə fenomeni "süni intellekt psixozu" və ya "süni intellektin sayıqlaması" adlandırırlar.
Məqalədə qeyd olunub ki, istifadəçilər yazışmalar zamanı süni intellektin təsirinə məruz qalırlar, ən fantastik baxışların belə təsdiqini tapırlar və bu da onların yanlış düşüncələrini gücləndirir.
Danimarkadakı Orhus Universitetindən olan psixiatr Seren Dinesen Esterqor, həmçinin xəbərdarlıq edib ki, çatbotlarla ünsiyyət psixi pozğunluqların inkişafına səbəb ola bilər. İstifadəçilərin çoxu fövqəltəbii bacarıqlara malik olduqlarına, xüsusi missiya üçün seçildiklərinə və ya çatbotun "onlarla gizli dialoq apardığına" inanmağa başlayıblar.
(Oxu.az)
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)
















.jpg)















