“Apple” istifadəçilərinə üzücü xəbər - Dünyanın hər yerində sistem çökdü
Bizi izləyin

İKT

“Apple” istifadəçilərinə üzücü xəbər - Dünyanın hər yerində sistem çökdü

“Apple” istifadəçilərinə üzücü xəbər - Dünyanın hər yerində sistem çökdü

Rusiya da daxil olmaqla, bir sıra ölkələrin istifadəçiləri “Apple” şirkətinin xidmət və tətbiqlərinin fəaliyyətində fasilələrlə üzləşiblər.

Publika.az xəbər verir ki, bu barədə “Downdetector” platforması məlumat yayıb.

Rusiyalı istifadəçilərdən çoxsaylı şikayətlər saat 20:00 radələrində daxil olmağa başlayıb. Bəzi “iPhone” sahibləri tətbiqləri yükləyə bilmədiklərini bildirirlər. Yükləmə cəhdi zamanı ekranda serverlə əlaqənin olmadığı barədə bildiriş görünür.

Digər istifadəçilər isə yeni cihazların aktivləşdirilməsi və şəxsi hesablarına daxil olmaqda çətinlik çəkdiklərini qeyd edirlər.

Problemlər təkcə Rusiyanı əhatə etməyib. Dünyanın müxtəlif ölkələrindən şikayətlər daxil olur. İstifadəçilər “Apple Pay” və “iCloud” xidmətlərinin fəaliyyətində nasazlıqlar yarandığını bildirirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm