Nazirlər Kabinetindən internetlə bağlı - Qərar
Bizi izləyin

İKT

Nazirlər Kabinetindən internetlə bağlı - Qərar

Nazirlər Kabinetindən internetlə bağlı - Qərar

Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar imzalayıb.

Qərara əsasən, uçota alınmaq üçün müraciət edənlərdən telekommunikasiya şəbəkəsi, avadanlıqlar, abunəçi tutumu və xidmətin keyfiyyətinə nəzarət sistemi barədə əlavə sənədlər tələb olunacaq.

Həmçinin müraciət formalarına xidmət göstərilən istifadəçilərin növü (fərdi və ya korporativ), xidmətin satış forması, əlaqələndirici şəxsin məlumatları və FİN kodla bağlı yeni bəndlər əlavə edilib.

Qərar 13 noyabr 2026-cı ildə imzalanıb. Yeni sənəd tələbləri qərar qüvvəyə mindikdən sonra uçota alınmaq üçün müraciət edən operator və provayderlərə şamil ediləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm