Ekopublika.az
Azərbaycan 38-ci oldu
Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Publika.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (DİF) dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.
Azərbaycan üçün rəqabət qabiliyyətlilik reytinqi indeksi 4,53 təşkil edir.
Bundan əvvəlki, 2013-2014-cü illərin reytinqində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə idi.
İndeksaltı reytinqə görə, ölkə makroiqtisadi mühit üzrə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü mövqedə qərarlaşıb.
Dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.
Rusiya DİF-in rəqabət qabiliyyətlilik reytinqində 53-cü yerə qalxıb. Əvvəlki iki ildə olduğu kimi Estoniya postsovet məkanında lider olaraq qalır və 29-cu yeri tutur. Reytinqin birinci yarısında Azərbaycanla yanaşı Litva (41), Latviya (42), Qazaxıstan (50-ci mövqe) qərarlaşıb.
DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, geniş Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlər tərəfindən keçirdiyi illik tədqiqatın nəticələrinə əsaslanır.
-
Region09:12
Məhkəmə Ermənistanda çevriliş etmək istəyən Qevondyanla bağlı qərar verdi
-
Nəqliyyat08:35
Bakıda tıxac olan yollar - SİYAHI
-
Dünya08:10
Günəşdə üç güclü partlayış - Maqnit qasırğası olacaq
-
Qoroskop07:39
Ən ikiüzlü bürclər - Onlarla ehtiyatlı olun!
-
Ekopublika.az07:25
Bakıda ən bahalı torpaq harada satılır? - SİYAHI
-
Sağlamlıq07:10
İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar – Oynaq ağrılarını dayandırır
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ