Ekopublika.az
Statoil "Şah Dəniz" yatağındakı payını satdı
Norveçin Statoil şirkəti Azərbaycanın Şah Dəniz yatağındakı 15,5 faizlik iştirak payını satıb.
Publika.az-ın məlumatına görə Norveç şirkəti öz payını 2,25 milyard dollara Malaziyanın Petronas şirkətinə verib.
Bundan əvvəl may ayında Fransanın neft nəhəngi Total həmçinin Şah Dənizdəki 10 faizlik iştirak payını Türkiyənin TPAO şirkətinə satmışdı.
"İnvestisiyanın satılması portfoliomuzu optimallaşdırır və maliyyə çevikliyimizi gücləndirir", Statoil şirkətinin inkişaf üzrə rəhbəri Lars Christian Bacher deyib.
Məlumata görə, Statoil Azəri-Çıraq-Günəşli neft yatağındakı 8,56 faizlik iştirak payını və Trans-Adriatik boru kəmərindəki (TAP) 20 faizlik iştirak payını satmayıb.
Şah Dəniz yatağını BP-nin rəhbərliyi ilə, TPA (Türkiyə), ARDNŞ (Azərbaycan), Lukoil (Rusiya) və Nico (İran) şirkətləri idarə edir.
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev






































