Gələn ilin büdcəsində qeyri-neft sektorunun payı azalıb
Bizi izləyin

Ekopublika.az

Gələn ilin büdcəsində qeyri-neft sektorunun payı azalıb

2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində olmaqla 19 438,0 milyon manat, xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21, 100,0 milyon manat həcmində proqnozlaşdırılıb.

Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, növbəti il üçün büdcə kəsiri -1662,0 milyon manat proqnozlaşdırılıb. 2015-ci ilin büdcəsində neft sektorunun payı 65,3 faiz, 34, 7 faiz qeyri-neft sektoru nəzərdə tutulub. Onu da bildirək ki, cari il üzrə bu rəqəmlər müvafiq olaraq 66 , 34 faiz nəzərdə tutulub. Göründüyü kimi növbəti ilin büdcəsində qeyri-neft sektorunun payı azaldılıb.

Dövlət Neft Fondundan büdcəyə transfertlər büdcənin 53,4 faizini təşkil edəcək. Belə ki, növbəti ildə fonddan büdcəyə 10 388,0 milyon manat vəsait köçürülməsi nəzərdə tutulub. Onu da nəzərə çatdıraq ki, 2015-ci ilin xərclərində sosial müdafiə və sosial təminat xərcləri 2040,5 milyon manat proqnozlaşdırılıb. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə -1,5 faiz azalma deməkdir. Növbəti ilin büdcəsində ən çox azalan xərc maddəsi elm xərcləri üzrə olub: - 3,5 faiz. Təhsil xərcləri 17 11,2 milyon manat (+3,5 faiz), səhiyyə 777,7 milyon manat (+7,2 faiz) müəyyən olunub. Büdcədə dövlət əsaslı və sair qoyuluşları +10,7 faiz artıb. Belə ki, gələn ilin büdcəsindən əsaslı vəsait qoyuluşuna 6930,0 milyon manat nəzərdə tutulub.

Bir sözlə, əsaslı xərclər (9375,3 milyon manat) büdcənin 44,4 faizini, cari xərclər (10928,5 milyon manat) isə 51,9 faizini təşkil edəcək. Gələn il dövlət borcuna xidmətlə bağlı xərclər 776,2 milyon manat nəzərdə tutulub. Bu da xərclərin 3,7 faizi deməkdir.

Büdcədə daxili dövlət borcunun yuxarı həddi 1000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi 1500,0 milyon manat müəyyən olunub.

2015-ci il uçun dövlət investisiya proqramının istiqamətlər üzrə bölgüsünə gəlincə, infrastruktur layihələrinə 5 109,666,0 min manat xərclənməsi proqnozlaşdırılıb. Bunun 3 673 540,1 min manatı əsaslı vəsait qoyuluşu hesabına, 1 436,125,9 min manatı xarici kreditlər hesabına reallaşdırılacaq. Neft Fondundan transferlərin bu xərcləmələrdə payı 1 572,704,3 min manat planlaşdırılıb. Dövlət investisiya proqramının istiqamətlər üzrə bölgüsündə nəqliyyat sektoru üzrə xərcləmələr 2 240,405,2 min manat nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm