Nida Təhlil
Şam yeməyində atəş: Trampa hücumun pərdəarxası - Sifarişi kim verib?
Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən şam yeməyində açılan atəşin arxasındakı qüvvə(lər) bəlli olmasa da, hücumun Tramp və komandasına sərf etdiyi aydın görünür. Hücumdan dərhal sonra Trampın demokratlar tərəfindən etirazla qarşılanan Ağ Evdə 400 milyonluq bal zalı inşa etmək təklifi respublikaçıların dəstəyi ilə yenidən aktuallaşdı. Tramp şam yeməyinin hücumun baş verdiyi Hiltonda yenidən keçirilməsinin təhlükəsizlik baxımından nə qədər risksiz olduğu haqda suala “min otağınız olduqda təhlükəsizlik həmişə çətinlik yaradır” sözləri ilə həm də Ağ Evdə zalın inşa edilməsinin “vacib olduğu”na diqqət çəkirdi.
Hərçənd, ABŞ prezidenti və administrasiya üzvlərinin hədəfə alınması ilə təkcə sözügedən layihə arasında paralellik aparmaq yetərli deyil. Bu hücum Tramp komandası üçün xüsusilə iki kontekstdə üstünlük deməkdir.
Birincisi, “Epşyetn işi”, ardınca İrana hücum məsələsinə görə ictimai rəydə mövcud administrasiya əleyhinə körüklənən narazılıq müvəqqəti də olsa, arxa plana keçir, əvəzində ikinci dəfə sui-qəsdə məruz qalan Tramp haqqında “ABŞ maraqları uğrunda mübarizə apardığı üçün öldürmək istəyirlər” fikri önə çıxır.
İkincisi, İran faktorudur: artıq İran amili ilə bağlı müəyyən ehtimallar gündəmə gətirilir və bu, Trampın apardığı müharibə ilə bağlı ABŞ ictimai rəyini yönləndirmək imkanları yaradır; ABŞ prezidenti daha öncə İranın onu öldürmək istədiyi haqda iddialar səsləndirmişdi, bu hücumdan da eyni təbliğatda istifadə edilməsi də istisna edilməməlidir;
Lakin hücumun nəticəsinin Tramp Administrasiyasına sərf etməsi onun “ssenari” olduğu fikrini təsdiqləmir, xüsusilə ABŞ-ın keçmiş təcrübəsi və mövcud administrasiyanın siyasətinin siyasi qüvvələr arasında narazılıq yaratması fonunda. Trampın “Vaşinqton bataqlığı” adlandırdığı sistemə qarşı mübarizəsi onu hədəfə çevirib, bu kontekstdə siyasi və informasiya hücumlarından sonra praktiki hücum taktikasının da işə salındığı mümkün versiyalar arasındadır.
Asif Nərimanlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)
.jpg)

















