İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq
Bizi izləyin

Ekopublika.az

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

“Bu xətt ən azı 30 il ərzində Naxçıvanın təbii qaza olan tələbatını ödəyəcək”

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimdə çıxışı zamanı deyib.

"Qardaşlıq münasibətlərimizdə hər sahədə mühüm irəliləyişlər əldə edirik. Şübhəsiz ki, bu əməkdaşlıqlar arasında enerji sektoru ön sıralardadır", - Ərdoğan bildirib.

O qeyd edib ki, Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevinci yaşanılır:

"Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm