Ekopublika.az
“Qiymətləndirmə siyasəti haqqında“ qanun parlamentdə
Yaxın zamanlarda Azərbaycanda "Qiymətləndirmə siyasəti haqqında" qanun qəbul olunacaq. Sözügedən qanun ölkədə qiymətləndirmə siyasətini, o cümlədən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyəcək. Publika.Az xəbər verir ki, qanunun dövlət ehtiyacları üçün torpaqların əhalidən alınmasına dair praktikada yaranan mübahisələrin həllinə yardım edəcəyi gözlənilir. Hazırda qanun layihəsi parlamentin İqtisadi siyasət komissiyasında müzakirədədir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, əmlakın və torpağın qiymətləndirilməsini əhatə edən mövcud qanunda bir sıra boşluqlar var: "Əsas boşluq dövlət ehtiyacları üçün əmlakın və ya torpağın qiymətləndirilməsi meyarlarının bazar qiymətlərinə uyğunlaşdırılmamasıdır. Həmçinin qanunda dövlət ehtiyacları üçün torpağın, əmlakın alınmasına məsul dövlət qurumlarına müəyyən manevr imkanlarının verilməsidir. Bu da bəzi hallarda həmin qurumların əhaliyə az kompensasiya ödəməsinə gətirib çıxarır".
İqtisadçı bildirir ki, qiymətləndirmə zamanı həmin ərazidə satılan 3 əmlakın qiyməti əsas götürülərək kompensasiyaların məbləği müəyyən edilir.Bu da manevr imkanları yaradır: "Notariusda qeydiyyatdan keçən alqı-satqi məbləğləri heç də real alqı-satqı məbləğlərini müəyyənləşdirmir. Belə halda ərazini alan qurum kompensasiya ödəməzdən əvvəl əmlakın və torpağın alınmasını həyata keçirə bilər və əmlakın dəyərini süni şəkildə aşağı göstərməklə kompensasiyanın məbləği azaldıla bilər. O baxımdan qiymətləndirmə meyarlarında dəyişikliklər qaçılmazdır".
Vüqar Bayramov qiymətləndirmə ilə bağlı yeni meyarların qəbulu zamanı Ukrayna modelindən istifadəni məqsədəuyğun hesab edir: "Ukraynada dövlət ehtiyacları ilə üçün əmlakın və torpağın özəlləşdirilməsi istiqamətində bütün iri şəhərlərdə zonalar üzrə minimum qiymətlər müəyyən edilib. İstər dövlət, istərsə də özəl alıcı təşkilat qanunla müəyyən edilən minumlardan aşağı vəsait ödəyə bilməzlər. Azərbaycanda xüsusən Bakı və digər iri şəhərlərdə zonalar üzrə minumların müəyyən edilməsi zəruridir".
Məlum olur ki, Ukrayna modeli əhaliyə kompensasiyaların ödənilməsi yönündə ədalətli prinsip yarada bilər. Həmçinin dövlət qurumlarının manevr imkanlarını daraldar: "Kompensasiyaların məbləği müəyyən edilən zaman istifadə edilən meyyarlar konkret olmalıdır. İnterval meyarlardan istifadə heç bir halda doğru deyil. Ukrayna modeli əmlak və torpaq sahiblərinin hüquqlarının qorunması, daha konkret ölçülən kompensasiyanın müəyyyən edilməsi baxımından uğurludur".
Bəkır Nərımanoglu
Publika.Az
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
MDB12:50İran şahının oğlu Odessada peyda oldu - VİDEO
-
MDB12:27Rusiyanın 4 regionuna yay əvəzinə qış gəldi - Dəhşətli iqlim dəyişiklikləri(VİDEO)
-
Maraq dünyası12:1940 milyon yaşı olan lələk tapıldı - FOTOLAR
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında













.jpg)









.jpg)










