Ekopublika.az
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olub? - VİDEO
Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.
Publika.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroya nisbətdə bu mümkün olmayıb. Bu da xüsusilə avrozonadan idxala təsir edib.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır.
Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.
Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözügedən idxal məhsullarının qiyməti daha da arta bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı








.jpg)


.jpg)






















