Ekopublika.az
Nazir Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən səbəbləri açıqladı
“Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır.
Publika.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun "X" səhifəsindəki paylaşımında bildirilib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. Həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir", - paylaşımda qeyd olunub.
Qeyd edilib ki, bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklü vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin rəqəmsallaşdırılma-sı fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır.
Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı








.jpg)


.jpg)






















