Ekopublika.az
Hazırlıqlar başladı: Azərbaycanda 2027–2030-cu illərdə...
Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib.
Bu barədə Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İclasda çıxış edən maliyyə naziri və Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” başlıca prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə, “daxili və xarici təsirlərə dayanıqlıq” ölkənin əsas uzunmüddətli inkişaf istiqamətlərindən biri kimi önə çıxır.
Nazir fiskal dayanıqlığın təmin olunması, strateji valyuta ehtiyatlarının qorunması və dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarə olunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən cari sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunmaqdadır.
İclasda 2027–2030-cu illəri əhatə edən yeni strategiyanın hazırlanması ilə bağlı ilkin istiqamətlər, növbəti addımlar və tədbirlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupu Prezidentin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 356s nömrəli Sərəncamına əsasən yaradılıb.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar




































