İslamiada
Azərbaycan millisi İslamiadada ilk qələbəsini qazandı
Bakıda keçirilən lV İslam Həmrəyliyi Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub.
Publika.az xəbər verir ki, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş
komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması
2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı
halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan
çıxmaq şansını itirib.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda
Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.
11 may
Qrup mərhələsi, II tur
A qrupu
Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü













.jpg)



.jpg)






















