Köşə
Fransada ərəblər, bizdə ərəblər
Leyla Sarabi
Gün ərzində cəmi bir dəfə, lap zərrə qədər Fransa üçün darıxıram...
Səhərlər məhləmizin küçələrində zibil atmağa yer tapmayanda, plastması sarı, ərzaqları göy qapaqlı qablara atmağımçün darıxıram. İlahi, bu ölkədə hətta şüşə qabları, köhnə paltarları atmaq üçün də küçələrdə xüsusi qablar var. Vay o gündən ki, zibili yanlış qaba tullayasan. Az qala ekologiya naziri gəlib qapını döyəcək ki, lütfən qanunlara hörmət edin.
Sübhdən oyanıb qurbanlarının ovuna çıxırmış kimi hər tində-dalanda duran "aslan"ları görəndə yad qadınlara "anam, bacım olsun" gözü ilə baxan kişilər üçün darıxıram.
Baxışları ilə təpədən dırnağa səni qəddarcasına süzən bəzəkli xalaları görəndə, necə gəldi geyinib, makiyajsız, bəzəksiz küçədə rahat qəhqəhə çəkən qadınlar üçün darıxıram.
Vicdanını, əqidəsini rüşvətə qurban verən müəllimlər görəndə, hər səhər velo ilə işə gələn bağça müdiri, uşaqları qapıda qarşılayan məktəb direktoru üçün darıxıram.
Boynuyoğun dayılar mağazada “məndə bir siqaretdi, tez yola sal gedim” deyəndə insanların həyat tərzinə çevrilən növbə mədəniyyəti üçün darıxıram.
Hər gün güllələnən kimsəsiz heyvanların klanını görəndə, hərəsi bir evin yaraşığı olan itlər üçün darıxıram.
Ev dustağına çevrilən fiziki əngəllilərə heç yerdə rast gəlməyəndə ən yaxşı vəzifələrdə çalışan, xüsusi işarəli avtomobil dayanacaqları belə olan "əlil" deməyə dilim gəlməyən qüsursuz insanlar üçün darıxıram.
İctimai nəqliyyatda oturan cavanların əzrail kimi başının üstünü alan nənələri görəndə, yeniyetmələrin yersiz zarafatlarına belə gülümsəyəcək qədər ağbirçək madamlar üçün darıxıram.
Özünü müştərinin minnətinə bəzən layiq görməyib dilsiz-ağızsız duran, bəzən də tonlarla qəzəbini 50 qramlıq dilində daşıyan təsadüfi mağaza işçiləri ilə mübahisə edəndə ən az bir xəbər aparıcısı qədər sərbəst və mədəni satıcılar üçün darıxıram.
Kredit gölündə üzən ərini istəklərilə divara dırmaşdıran arvadlar görəndə, evin erkəyi qədər çalışıb öz ayaqları üstə dik duran xanımlar üçün darıxıram.
Yeri görünməyən tək şey - hər yerdə göbələk kimi bitən ərəblərdi...
Ah, Fransa, Fransa, qanımıza-canımıza hopub, əqidəmizi formalaşdıran ərəblər qədər də olmadın...
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

