Maraq dünyası
Tənbəlliyə qalib gəlməkdə YAPON DÜSTURU
Bazar ertəsindən yeni həyata başlayacam, idman zalına gedəcəm, pəhriz saxlayacam, ingilis dilini öyrənəcəm və s. və ilaxır... Çox vaxt özümüzə bu sözləri verib, əməl etmirik. Bütün planlarımızı növbəti həftəyə, aya bəzən isə ilə saxlamalı oluruq. Bəs niyə arzularımızı gerçəkləşdirməyə casəratimiz çatmır. Səbəb həqiqətənmi zaman azlığıdır? Əslində isə bunun bir bəhanəsi var, gündəlik qayğılar, gərginlik ən əsası isə vərdişlərimizin formalaşmaması...
Publika.az Yaponların tənbəlliklə ən təsirli mübarizə üsulu olan Kaydzen nəzəriyyəsi haqda yazını təqdim edir:
Kaydzen "1 dəqiqəlik" adı ilə elmə daxil edilən yapon nəzəriyyəsidir. Bu nəzəriyyənin əsas özəlliyi odur ki, insan müəyyən bir işlə hər günün bir dəqiqəsi məşğul olur. Sutkanın cəmi 1 dəqiqəsi istənilən bir işə sərf etmək üçün minimal zaman kəsiyidir. Bu vərdişi öz şüurunuzda formalaşdırmaq isə tənbəllik hissi ilə apardığımız mübarizənin zirvəsidir.
Ən sadə idman növü ilə məşğul olmaq, xarici dil öyrənmək və bu kimi digər vərdişləri formalaşdırmaq üçün 1 dəqiqə ideal vaxtdır. Bu zaman beynimiz yorulmur, əksinə vaxtın azlığından zövq alır. Yaponlar düşünür ki, uzun məsafələri qət etmək üçün yavaş addımlar atmaq lazımdır. Bu baxımdan Kaydzen ən uğurlu nəzəriyyədir. Çünki o sizi özünüzü günahlandırmaq hissindən qurtarır. Hər gün damcı-damcı uğura aparır. Ən əsası isə bu müddəti günbəgün artırmaq istəyirsiniz. Tədricən 1 dəqiqə 5 dəqiqə ilə əvəzlənir. Getdikcə isə bu müddət yarım saatadək uzanır.
Kaydzen yapon dilində olan “kay”( dəyişkənlik) və “dzen” (müdriklik) sözlərinin birləşməsindən yaranıb. Məhz bu qəbildən olan yaşam nəzəriyyələri yaponları dünyanın ən ağıllı millətlərindən biri edib.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
