Köşə
Təkər altında xıncımlanan körpə canlar
Leyla Sarabi
Yenə həyat yollarımda azıb, bir gözəlin görüşünə gecikirdim. Yenə meqa deməyə dilim gəlməyən polisin küçələri maşın qaynayırdı. Alaçiy beynim filtrsiz tüstünün zəhərindən hüceyrə çəkişirdi. Ünvana çatana qədər məni canlı naviqator gözündə görən taksi sürücüsü ilə deyişməyə heyim qalmamışdı. Həm də bu tıxacda piyada getsəm, daha tez çatardım. Qarşıma çıxan ilk busla barışası oldum.
Pəncərədən gülümsəyən ilıq günəş üzümə 31-ci baharın körpə qırışlarını yapışdırdı. Bu soyuqda günəş qollarını ürəyimə elə sarmışdı ki, qırışlarımı sevib oxşamaq istəyirdim. Çox nadirən duyduğum helionirvana ilə bəslənməyə macal tapmamış, bəlkə də başımıza gəlməyəcək müsibətləri ölü səslə təkrar-təkrar taleyimizə yamamaq istəyən o qızın küyü künc-bucağa yayıldı. “Təkərin altında qalmasınlar deyə uşaqların əlindən tutun”...Mən onu hər eşidəndə, təsəvvürümdə təkər altında xıncımlanan körpə canlar canlanır. Bilirsən, mən dinə bir köynək yadam, amma mövzu uşaq oldumu, onu qorumaqçün gəlmiş- keçmiş yüz min müqəddəsə ağız açaram. Mən bu qızın dediklərin düşünməyə qorxaram.
Bəlkə hələ ana deyil. Bütün gecə körpəsinin ağrıyan qulağına olan-qalan nəfəsini üfürməyib. Naşı ayaqların qədəmləri hər sürüşüb yıxılanda, dünyası başına yıxılmayıb. Yoxsa düz gözümün qabağında məni boğan ana kimi lap divanə olardı.
Bu dünyanın ən dəqiq qızdırma ölçəni ana bədənidir, bilirdin? İçindəki civəsi tək hərarətin yox ağrının da dərəcəsini ölçüb 10-a vurur, acgöz-azgöz öz canına sovurur. Gözüm qulağından vulkan püskürən anaya zilləndi. Dünyanın canını çıxardıb 30 kiloluq çəlimsiz balaca Buddasına verməyə hazır idi. Buddanın bir az qızdırması qalxmışdı. Sənə görə bəlkə də milyardıncı balaca orqanizm virusla mübarizə aparırdı. Amma o yad qadının ürəyi qaynar qazanda soyuqdan titrəyirdi. O buz baxış dünyanın bütün qarından daha sazaq idi. Elə bil beynində qum saatı qurmuşdu. 1 dəqiqədən bir əlini kaktusa batırırmış kimi Buddasının alnına batırıb üzünü turşudurdu. Enşteynin zaman, məkan anlayışı bir anda buxarlanmışdı. Mayya ananın ruhu indi Kvant teleportasiyası ilə uçurdu- bu tıxacdan çıxıb, Buddasını evində isti yatağına uzadıb, üstəlik qızdırması da düşüb. Siqnal səsi ananın saçından tutub yenə bus kabinasına qaytardı. Sümükləri gizildəyə-gizildəyə dodağını uşağın alnına yapışdırıb bütün istisini qopartmağa çalışdı, əvəzində yarası qopdu. Deyəsən anladı ki, ağrını doğma canda duymaq ikiqat acı verir.
Tısbağa addımı ilə sürünən bus məni mənzil başına çatdırdı. Zəhlətökən baxışlarımı Mayyadan ayırıb çıxışa yaxınlaşdım. Artıq günəş də soyumuşdu. Elə bil Buddanın anası ilə əlbir olub planeti soydurdu ki, xəstə körpələrin qızdırması ensin.
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?



















.jpg)




.png)














