Köşə
Dilimizin bəlası
Burada həyat fotosintez fəlsəfəsinə dayanır. Yaşamaq elə çətindir ki... Elə asandır ki qonşu uşağının gələcəyini öz prinsiplərimizə qurban vermək. Ölkədən bir addım qırağa çıxmayan hekayələr kitabımızı ayağımızın altına qoyub, demaqoqluq etmək. Türkcədən başqa dil öyrənməyə hipotalamusumuz yetərli olmadığı üçün danışanları suçlamaq. Mənə sizin elmi, fəlsəfi ədəbiyyatınız zərrə qədər maraqlı deyil, bacılar və qardaşlar. Şəxsən mənim övladımın inkişafı üçün dilimdə olan mənbələr kasaddır. Bu qıtlığın dibindən özümüzü dartıb çıxarmasaq, uşaqlarımız da bizimlə torpağın altında gor qazacaq. Öncə təhsil sistemində köklü dəyişiklik mütləqdir. Bu gün Azərbaycanın adi məktəblərində öyrədilən xarici dilləri ancaq həmin məktəbdə anlayırlar. Çeynənmiş mövzudur, amma xatırladım. Məsələn, fizika ingiliscə, coğrafiya rusca, riyaziyyat almanca tədris olunsun. Ana dili, ədəbiyyat fənlərinin yad dillərdə keçilməsinə "veto" qoyulsun. Dilimizi çox sevən peşəkarlar cəlb olunsun işə. Cemal Süreyanın misralarından ibarət poeziyasını hərdən yırtıb, "muzeylər açıldı xaxaxa" statusunu növbə ilə yazan psevdoziyalılar uşaqlarının əlindən tutub, heç olmasa, tarix muzeyinə aparsın. Qocalarımız "alkaş" rus babkası kimi təqaüdünün 70 faizini ikicə dənə teatr biletinə xərcləyib, nəvəsində mənəvi zövq formalaşdırsın. Oqtay Zülfüqarovun fərqli yumurtadan olan əkiz kompozisiyalarından fərqli uşaq mahnıları yazılsın. Heç nə istəmirəm, "Fiksiklər" cizgi filmi tərzdə bir necə maarifləndirici animasiya çəkilsin. Uşaqlar üçün öz dillərini təbliğ edən verilişlərə maliyə vəsaiti qoyulsun. Azərbaycanda barmaq sayı cizgi filmi var. Hamısı da sürrealist sənət məhsulu. "Sevil" multfilminə baxanda, yaşadığım dəhşət hələ də bədənimdən çıxmayıb. Elə bilməyin ki, smokinqdə fotosessiya etdirib, azərbaycancanın rus ləhcəsində danışan qeyri-adekvat day-daylara haqq qazandırıram. Əsla! Məni böyüdən rus təhsillilərim Piterdə institut bitirənlərim, gecə Tolstoyu originalda oxuyanlarım, səhər oyanıb, evimdə öz dilimdə danışıblar. Tatar ana nənəm Şuşaya ayaq basan kimi azərbaycanca öyrənib. Razıyam... Bir vaxtlar öz varlı təbəqəsinin meşşan dili deyib alçaltdığı ruscaya hələ də ehtiyac duyuruq. Demək, vəziyyətimiz qeyri-kafidir. Yad dillərin tədrisini rədd edən məmləkət fərz et. Köksündə böyütdüyü uşaqların sağlam sabahına yalnız özü bəs edəcək qədər mükəmməl, küçəsində, evində, elmində naməhrəmə gərək duymayacaq qədər qüsursuz dili olan məmləkət... Doğrudanmı milləti məhv etmək üçün dilini əlindən almaq gərəkdir? Doğrudanmı millət dilindən ölür?!
Leyla Sarabi
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi







.jpg)



























