Köşə
8 yaşlı qızcığaza “dayı”nın cavabı...
Bu, küləyin uzaqlardan alıb uzaqlara sovurduğu bir qızcığazın hekayəsidir.
Bakının tozlu küçələrinin şahid olduğu bir hayqırtının, bir kimsəsizliyin hekayəsi…
Bazar günü idi.
İnsanlar üçün istirahət, onun üçün isə sadəcə bitməyən bir yol.
Zənbillər hazır idi: dörd - 800 qramlıq, dörd - litrlik.
Bir toxunuşla yıxılacaq qədər zəif olan bu bədən necə olurdu ki, bu yükü daşıyırdı?
Hardan başlasın? Doqquzmərtəbədən, yoxsa aşağı küçədən?
Zənbilin ipləri əllərini kəsirdi. Ovucu yanırdı. “Kaş bircə alt küçəni tez keçə biləydim…” – ürəyi sinəsinə sığmırdı.
Tinlərdə dayananların baxışları yenə üstünə zillənmişdi.
Qollarındakı ağırlıq yox, sözsüz baxışların içində gizlənən qorxu onu əzirdi.
İlahi, necə qorxurdu… necə tək idi.
İçində bir dua vardı: Kaş tez satıla… kaş, nolar, ay Allah… kaş bu gün tez bitsin!
Küçələr boş idi. Bazar gününün Bakısı sanki onu görmürdü.
Toz, külək və səssizlik — üçü də onun yol yoldaşı idi.
Alt küçədəki həyət evlərindən başladı.
Qapı-qapı döydü:
– Qatıq var… Təzə qatıq var…
Səsi özü qədər balaca idi.
Səsə səs verən olmadı.
Əlləri titrəyirdi, çiyinləri ağrıyırdı.
Yenə bir qapı. Yenə qorxu.
Qapını əsəbi bir dayı açdı.
O, başını aşağı salıb, titrək səslə soruşdu:
– Qatıq var… İstəmirsiniz?
Cavab daş kimi ağır oldu:
– Ay rəhmətliyin qızı, bazar günü səhər-səhər nə qatıq? Çıx çölə!
Qapı üzünə çırpıldı.
İnsan necə əzilə bilər?
Hansı yük insanı bu qədər əzə bilər?
Səkkiz yaşında bir qızcığaz üçün dünyanın çəkisi nə qədər olar?
Onu əzən bir söz idi.
Bir söz ki, içində illərin yoxluğunu daşıyırdı.
“Rəhmətliyin qızı…”
Deməli, bilirlər.
Deməli, hamı bilir.
Deməli, atası təkcə evdə deyil, küçədə də yoxdur.
Deməli, onun kimsəsizliyi artıq gizli deyil.
Çiyinlərinə zənbillərdən ağır bir şey yüklədi: adını bilmədiyi bir boşluq.
O gün nə qatıq satıldı, nə külək səngidi, nə də səkkiz yaşlı ürək sakitləşdi.
O gecə ilk dəfə başa düşdü:
Atası təkcə ölməmişdi…
Onun uşaqlığını da özü ilə aparmışdı.
Humay Əliyeva
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın



















.jpg)













