Onu görənin nəfəsi daralır, gözləri qaralır... - FOTOLAR
Bizi izləyin

Layihə

Onu görənin nəfəsi daralır, gözləri qaralır... - FOTOLAR

Onu görənin nəfəsi daralır, gözləri qaralır... - FOTOLAR

Bütün qadınların zəif nöqtəsi eynidir: zinət əşyalarına olan qarşısıalınmaz meyli. Qızıl, brilyant mağazasının yanından keçərkən vitrində cilalanmış zinət əşyalarını görən qadının nəfəsi daralır, gözləri bərəlir, fikirləri dolaşır...

Bəs bu il nə cür bəzək əşyaları dəbdə olacaq?

Ümumiyyətlə, zərgərlik nümunələrini qısamüddətli trend adlandırmaq olmaz, lakin dəbin güclü təsiri nəticəsində onlar da dəyişirlər. Biz də bu həssas mövzu haqqında danışmışıq.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində modapərəstləri 2016-ci ildə dəbdə olacaq zinət əşyaları ilə tanış etmişik.

Uzun sırğalar

Uzun sırğalar bu mövsüm xüsusilə dəbdədir. Bəzi versiyaları hətta çiyinə qədər sallanır. Əlbəttə ki, brilyant qaşlı sallanma böyük sırğalar bayram və xüsusi hallar üçündür. Gündəlik aksessuar kimi gümüşdən və ya keramikadan hazırlanmış sırğalar seçmək olar.

Halqa sırğalar

Screen Shot 2015-12-25 at 2.00.56 PM

2016-cı ildə halqa sırğalar mövsümün yeni dəb tendensiyaları arasında yer alacaq. Halqalar müxtəlif - böyük, kiçik və orta ölçülərdə təqdim olunub. Əsasən iki halqalı sırğalar aktualdır. Lakin tək halqalar da dəbə minib. Bu məsələdə halqa sırğaların ən böyük pərəstişkarı olan Cennifer Lopezdən ilham almağı məsləhət görürük.

Falanqa və ya uzun üzüklər

Az qala dırnaqlara qədər uzanan falanqa üzüklər ötən il trend olub. Lakin onlar öz mövqeyini indiyədək qoruyub saxlayırlar. Sözsüz ki, uzun üzüklər bu il də dəbdə olacaq. Yeri gəlmişkən qeyd edək ki, bir barmağa bir neçə üzük taxmaq qadağan deyil. Bir çox markalar artıq bir-biri ilə fərqlənən iki hissəli, yaxud da ayrı-ayrı taxılan üzük kolleksiyaları buraxıblar.

Mirvari dəbi

Aristokrat xanımların sevdiyi mirvarilər dəbdən heç vaxt düşmürlər. Şıqlıq və zəriflik simvolu olan mirvarilər dəb dünyasındakı hakimiyyətini bu il də davam etdirəcəklər. Bu mövsümdə mirvarilər istənilən aksesuarda görünə bilərlər. Ən çox diqqət çəkən isə sırğalar olacaq. Mirvari qaşlı sırğalar həm zərif, həm də eleqant görünməyinizə kömək edəcək.

"Cuff" sırğaları

Bir neçə ildir ki, tək qulağa böyük sırğa taxmaq dəbdədir. Bir neçə mövsümdür ki, trend olan həmin sırğalar "Ear Cuff", yəni “qulaq manşeti” deməkdir. 1990-cı illərin ən çox sevilən aksessuarlardan biri indi daha yaxşı işlənmiş formada qarşımıza çıxır. Həmin sırğaları taxmaq üçün qulaqda bir sırğa yeri olması kifayət edir. "Ear Cuff" özəl tərz yaratmaq üçün ideal aksessuardır. Qulağı bütövlükdə örtən sırğalar obraza vəhşi seksuallıq bəxş edir. Əjdaha, ilan, şir və başqa heyvan fiqurları, çiçək motivləri vəhşi qadın obrazı yaratmaq üçün ən yaxşı seçimdir. Bir qulağa taxılan "Ear Cuff" sırğaları "falanqa" adlanan üzüklə taxmaqla bu effekti daha da artırmaq olar.

"Qulaq manşeti" adlanan sırğaları istifadə edərkən bir neçə məqama diqqət etmək lazımdır. Məsələn, bu aksessuarı açıq saçla taxmaq olmaz. Çünki bu zaman sırğalar görünməyəcək, nəticədə onun əhəmiyyəti qalmayacaq. Odur ki, uzunsaçlılar ya “at quyruğu” modellərlə taxa bilər, ya da saçını bir tərəfə darayaraq bu şahanə aksessuarın görünməsini təmin edə bilər. Qısa saçlı xanımlar isə bu sırğanın haqqını layiqincə verir. Bu sırğaları taxarkən əlavə aksessuara gərək qalmayacaq. Qolunuza saatdan başqa heç nə taxmayın. O biri qulağınızın boş qalmağını istəmirsinizsə, sadəcə kiçik qaşlı sırğa ilə kifayətlənə bilərsiniz.

Xalta boyunbağılar

Bu mövsüm zərif boyunbağılarla yanaşı, “xalta” adlanan kolyelər də dəbdədir. Qadın bəzəyi olan həmin zərgərlik əşyası İngiltərə kraliçası Viktroiyanın dövründə dəbə minib. O vaxtlar boyunbağılar xanımların kübarlığından və əsil-nəcabətindən xəbər verib. Xalta boyunbağılar fasilələrlə dəbə qayıdan əşyalar sırasına daxildir. Onu bu ilin heyrətamiz kəşfi də adlandırmaq olar. Universal bəzək sayılmasa da, bu aksessuarla obraza orijinallıq qatmaq mümkündür.

Xalta boyunbağıların bir neçə növü var. Onlardan ən məşhuru məxmər lentlər və ya mirvari saplardan düzələnlərdir.

Rəngarəng və parıltılı iri daş-qaşlar

Bəzək əşyaları bu il rəngarəngliyi ilə seçilirlər. Aksessuarınız rəngarəngdirsə, onları dəst şəklində taxmaq indi dəbdə deyil. Böyük və rəngli qaşlı sırğa və ya üzük hədiyyə ediblərsə, onları ayrı-ayrı taxın.

Qış rəmzləri

Dizaynerlər mövsümün rəmzlərini unutmayıblar. Məsələn, mövsümə uyğun olaraq qar adamı, qar dənəcikləri, şam ağacları, yaxud meymun (şərq təqviminə görə yeni ilin simvolu meymundur) fiquru olan hər hansı bəzək əşyası seçə bilərsiniz. Onlar xoş əhval-ruhiyyənin ən yaxşı təminatıdır!

Saatlar

"Qızlar" filminin əsas qəhrəmanı ona hədiyyə olaraq gözəl və bahalı saat veriləndə necə sevindiyini xatırlayırsınız? O vaxtdan heç nə dəyişməyib! Saatlar indi də ən yaxşı hədiyyələrdən biri sayılır. Xüsusilə, bahalı daş-qaşla işlənmiş saatlar hər qadın mücrüsünün ən ağıllı sərmayəsidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm