Əkiz anası olan aktrisa: “Qorxurdum ki, eşqimiz ölər” - FOTOLAR
Bizi izləyin

Layihə

Əkiz anası olan aktrisa: “Qorxurdum ki, eşqimiz ölər” - FOTOLAR

Bir vaxtlar "Öyle bir geçer zamanki" adlı serialla bütün diqqəti üzərinə cəmləyən Uilma Elis uzun müddətdir ki, ekranlardan uzaq idi. Səkkiz ay əvvəl əkizini dünyaya gətirən aktrisa "Yeter" adlı yeni serialı ilə səssizliyini pozub.

Yeni layihəsi münasibəti ilə müsahibə verən Uilma Elis ana olduqdan sonra həyatında baş verənlərdən, həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Maraqla qarşılanan müsahibəni Publika.az-ın "Şirin söhbət" layihəsində oxuya bilərsiniz.

- "Yeter" serialı ilə ekrana qayıtdınız. Bir az bu haqda məlumat verə bilərsiniz?

- Məncə, serialın ssenarisi çox yaxşıdır. Hətta deyərdim mükafat almağa layiqdir. Serialın çəkiliş qrupunu yaxından tanıyıram. Ona görə də, layihimizə güvənirəm.

- Serialda İdil obrazını canlandırırsınız. İdil necə qadındır?

- Bu günə kimi canlandırdığım obrazlardan fərqlidir. Həmişə güclü, cazibəli qadın rolları yaratmışam. Çox vaxt mənfi obraz kimi yadda qalmışam. İndi isə çarəsiz vəziyyətdə olan bir qadınam. İdil gücsüzdür, psixoloji vəziyyəti gərgindir və həbs həyatı yaşayır. Məni cəlb edən də elə bunlar idi. Artıq özümü fərqli rolda sınamaq istəyirdim.

- Rol üçün hansı hazırlıq proseslərindən keçmisiniz?

- Çoxlu film izlədim, psixoloji romanlar oxudum.

- İdil piano çalır. Rol üçün piano dərslərinə getdinizmi?

- Mən onsuz da pianoda ifa etməyi bacarıram. Ona görə, öyrənməli olmadım. Kamera qarşısında piano çalanda çox əylənirəm.

- Sizcə, tamaşaçının yeni rolunuza münasibəti necə olacaq? Həmişə mənfi obrazlarda gördükləri aktrisanı indi fərqli bir rolda qəbul edə biləcəklərmi?

- Yeni halımı sevəcəklərini düşünürəm. Artıq pislik etmirəm, əksinə pis insanlarla mübarizə aparıram. İstər-istəməz tərəfimi tutacaqlarına inanıram.

- Səkkiz ay öncə əkizlərinizi qucağınıza aldınız. Ana olmaq necə hissdir?

- Həyatda iki böyük arzum var idi. Aktrisa olmaq ən böyüyü idi. Çox çalışdım, hələ də çalışıram. Digər arzum isə övladımın olmağı idi. Bu arzum da ötən il reallaşdı. Məncə, bir qadının ən böyük ehtiyacı övladdır. Düzdür, hələ gəncəm, daha sonrakı illərdə də ana ola bilərdim. Ancaq insan gələcəkdə başına nə gələcəyini bilmir. Ona görə də, özümü hazır hiss edən kimi ana olmaq istədim. Artıq iki arzum da yerinə yetib. Gecə-gündüz şükr edirəm.

- Biz elə bilirdik ki, hamiləlik sizin üçün də sürpriz olub.

- Planlaşdırılmış sürpriz idi. Hamilə qalmaq üçün xüsusi heç nə etmədim. Biz tanış olduğumuz ilk gündən etibarən gələcəkdə övladlarımızın olacağını bilirdik. Çünki bir ömrü birlikdə keçirmək istəyirdik. İş səbəbindən valideyn olmaq mövzusu gündəmə gəlmirdi, ancaq hamilə qaldığımı anladıqdan sonra hər şey bir anda baş verdi. Nə vaxt ana oldum, körpələri nə vaxt qucağıma aldım bilmirəm. Vaxt sürətlə keçdi.

- İndi hansı xəyallarınız, planlarınız var?

- Yeni xəyallarım var. Ancaq deyə bilmərəm. 3 il sonra soruşsan, deyəcəm (Gülür).

- Ana-ata olduqdan sonra həyat yoldaşınız Kərəm Göyüşlə münasibətlərinizdə dəyişikliklər oldumu?

- Təbii ki, çox şey dəyişdi. İndi əvvəlkindən daha yaxınıq, daha çox bağlanmışıq. Əvvəllər məndə itirmək qorxusu var idi. Münasibətimizdə romantizm davam edir. Biz, deyəsən, uşaqlar dünyaya gələndən sonra özümüzü daha xoşbəxt hiss edirik. Adətən, deyirlər ki, əkiz böyütmək çətindir. Hələlik, heç bir çətinliklə üzləşməmişik.

- Kərəm bəy evdə uşaqlarla maraqlanırmı? Sizə kömək edirmi?

- Əlbəttə. Uşaqlarla əylənməyi sevir. Bizimki, uşağa baxmaq, qulluq etmək deyil. Çünki bunu iş kimi görmürük. Biz onlarla vaxt keçiririk, əylənirik. Kərəm yaxşı atadır.

- Övlad sahibi olmağın karyeranıza mənfi təsir edəcəyini düşündünüzmü?

- Əvvəllər bu haqda düşünürdüm. Hətta qorxurdum və ana olmaq fikrindən daşınmaq istəyirdim. Ancaq indi hamıya deyirəm ki, uşaqlar karyeraya maneə deyil. Əkizlərim olandan sonra qorxularım keçib getdi. Məncə, ana olmaq istəyib bundan qorxan çox qadın var. Mən də qorxurdum ki, birdən həyat yoldaşımla aramızdakı eşq ölər, azad ola bilmərəm, rahatlığım pozular. Ancaq indi hamıya nəsihət verirəm ki, vaxtında ana olsunlar.

- Normalda qadınlar ana olduqdan sonra vaxtlarını övladlarına sərf edirlər. Siz isə 1 ay sonra çəkiliş meydançasına qayıtdınız.

- Övladlarıma kifayət qədər vaxt ayırıram. Hər gün onlarla təmiz havada yeriyirəm, oyunlar oynayıram.

- Uşaqlara niyə elə uzun adlar qoymusunuz? Bildiyim qədərilə hərəsinin 3 adı var: Milat Aristo Kərəm və Melodi Bita Oleka.

- Bu sadəcə rəsmi sənədlərdə belə yazılacaq. Normalda 1 addan istifadə edirik. Oğlumun adı Milat, qızımın adı isə Melodidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm