Layihə
30 yaşlı aktrisa: “Öpüşmək istəməyəndə dodaqlarımı…” - FOTOLAR
Son dövrlərin ən parlaq ulduzlarından biri də fransız model və aktrisa Lea Seydudur. O, əvvəllər model kimi fəaliyyət göstərsə də, məşhur rejissor Vudi Allen sayəsində aktrisalıq karyerasına başlayıb. 2011-ci ildə Vudi Allenin "Midnight in Paris" ("Parisdə gecəyarı") filmində rol alan Lea gələcəkdə böyük işlər görəcəyinin ilk siqnallarını vermişdi.
Ancaq onu şöhrətə qovuşduran 2013-cü ildə tamaşaçılara təqdim edilən "La vie d'Adèle" ("Adelin həyatı") adlı fransız filmi olub. Filmdəki möhtəşəm performansı ilə bir anda Hollivudun diqqətini cəlb edən Lea karyera pillələrini sürətlə çıxmağa başlayıb. "La vie d'Adèle" filmində öz həmcinsinə aşiq olan rəssam qızı canlandıran Leanın makiyajsız üzü, seksual baxışları hər kəsin yaddaşına həkk olunub. Gözəl ulduz axırıncı dəfə "Ceyms Bond" filminin növbəti seriyası üçün Monika Beluççi ilə birgə kamera qarşına keçib.
Lea təkcə istedadı ilə deyil, həm də gözəlliyi və zərifliyi ilə hamının ağlını başından alır. Geyimi, saç düzümləri, makiyajı ilə əsl fransız qadını olduğunu göstərən Lea istər dəbdəbəli mükafatlandırma, istərsə də, filmlərinin qala gecələrinə şıqlığı ilə damğa vurur.
Onun parlaq obrazı bizim də diqqətimizdən yayınmadı. Publika.az "Onların stili" layihəsi çərçivəsində 30 yaşlı moda ikonası Lea Seydunun stil sirrlərini təqdim edir:
Günaha dəvət edən baxışlar…
Onu ölümündən illər keçsə də, yaddaşlardan silinməyən moda ikonu Bricit Bardo ilə müqayisə edənlər haqsız sayılmaz. Çünki Lea Seydu eynilə, Bricit Bardo kimi seksuallıqla məsumluğu özündə birləşdirməyi bacarır. Obrazını sadə saç düzümləri və xəfif makiyajla vurğulamağı sevən aktrisanın ən təhlükəli silahı mavi gözləridir. Soyuq baxışlar başqa heç bir xanıma bu qədər yaraşmaz. Günaha dəvət edən dodaqlarından isə danışmağa ehtiyac yoxdur. Hər şey göz önündədir. Bu gözəllik, sadəcə, adi insanların, onun pərəstişkarlarının diqqətini çəkmir. Dünyanın ən nüfuzlu moda evləri də gənc aktrisa ilə əməkdaşlıq etməyə can atırlar. Gözəl ulduz bu günə kimi "Prada", "Miu Miu", "Louis Vuitton" kimi brendlərin siması olub.
Şəffaf geyimlər, iddialı rənglər
Leanın sadəliyi sevdiyini dedik. Ancaq bu, onun riskli seçimlər etmədiyi anlamına gəlmir. Aktrisa qırmızı xalı gecələrinə, adətən, ilk baxışda diqqət çəkən libaslar geyinir. Qara, sarı, tünd yaşıl, tünd göy, solğun mavi, solğun çəhrayı, qırmızı, zoğalı ən sevdiyi rənglərdir. Həmin rənglər onun saçı və makiyajı ilə harmoniya yaradır və ortaya möhtəşəm bir gözəllik çıxır. Lea real həyatda da filmlərindəki kimi cəsurdur. Dekolte geyinməkdən çəkinmir. Ən çox sinə dekoltesini sevir. Kürək və qarın dekolteləri də ona çox yaraşır. Boyunu olduğundan daha uzun göstərmək üçün maksi libaslara üstünlük verir. Ancaq bu zaman tez-tez şəffaf detallardan istifadə edir. Maksi libaslarının bir çoxunun ətəyi tüldən olur və onun möhtəşəm ayaqlarını nümayiş etdirir. Qırmızı xalı üçün ən çox seçim etdiyi brend "Prada"dır.
Azad, dağınıq saçlar
Lea dərisinin ağlığına görə çox şanslıdır. Çünki məhz buna görə, ona bütün saç rəngləri yaraşır. Aktrisa karyerasına başladığı ilk illərdə, tünd qəhvəyi rəngli saçları və kəkilləri ilə diqqət çəkirdi. Sonrakı illərdə sarı saçlara müraciət etdi. "La vie d'Adèle" filmində isə onu mavi saçlarla və makiyajsız halda gördük. Beləliklə, o, bir daha gözəlliyinə olan əminliyini vurğuladı. 2014-cü ildə narıncıya çalan, kürən saçlara üstünlük verən Lea bu çaları da özünə yaraşdırdı. Aktrisa "Ceyms Bond" seriyasının sonuncu filmi "Spectre"nin qalasında qarşımıza yenidən sarı saçlarla çıxdı.
Lea digər udluzlardan fərqli olaraq hörükləri xoşlamır. Toppuz və atquyruğu modelləri də onun stilinə uyğun deyil. Lea kimi görünmək istəyirsinizsə, saçlarınız qısa olmalı və ya çiyində bitməlidir. Dağınıq saçlara üstünlük verməlisiniz. Saçınızı yana ayırıb, saç feni ilə buruq və ya dalğa yarada bilərsiniz.
Al-qırmızı, şəhvətli dodaqlar
Leanın makiyajsız halını makiyajlı vəziyyətindən fərqləndirmək olmur. Çünki o, konturlama texnikasına və digər iddialı üsullara müraciət etmir. Yanaqlarını solğun çəhrayı rəngdə olan ənliklə xəfif şəkildə vurğulayır. Gözlərinin rəngini ön plana çıxarmaq üçün qəhvəyi, qızılı çalarlarda göz kölgəsi çəkir. Layneri, sadəcə, kirpik diblərinə çəkir. Süni kirpikdən istifadə etmir. Dodaqlarına isə geyiminə uyğun olaraq bej çalarlarda və ya iddialı rənglərdə olan dodaq boyaları çəkir. Qırmızı və zoğalı çalarlar aktrisaya xüsusilə, çox yaraşır.
"Öpüşmək istəməyəndə qırmızı dodaq boyası çəkirəm"
Leanın gözəllik sirri hamımız üçün maraqlıdır. Görəsən, bu xanım hamar, qüsursuz üz dərisini necə qoruyur?
Aktrisanın sözlərinə görə, o gözəlliyini pis vərdişlərdən uzaq durmağına və sağlam qidalanmağına borcludur:
"Hər gecə mütləq dərimi təmizləyirəm. Gündüzlər SPF tərkibli krem çəkirəm. Siqaret çəkmirəm, təbii qidalar yeyirəm. İdeal çəkidə qalmaq üçün xüsusi heç nə etmirəm. Məncə idmanla məşğul olduğunuz müddətcə hər şey yeyə bilərsiniz. Təkcə şəkərli qidalardan uzaq durmaq məsləhətdir".
Onun ən böyük sirri jenşendir:
"Vitaminlərin həyatımızdakı rolu böyükdür. Mən C vitamini və jenşen aludəçisiyəm. Jenşeni salatlara əlavə edir və ya çayını içirəm. C vitamini ehtiva edən meyvə və tərəvəzləri süfrəmdən əskik etmirəm. Hər gün 1 saat sürətlə yeriyirəm, bəzən də avar çəkirəm".
Aktrisa gözəl qalmaq üçün stressdən uzaq durmağın əhəmiyyətini də xüsusi vurğulayır:
"Stress gözəlliyin və sağlamlığın ən böyük düşmənidir. Kitab oxumaq məni rahatlaşdırır. Özümü gərgin və əsəbi hiss edəndə sənətə müraciət edirəm. Tamaşaya getmək və ya film izləmək, musiqi dinləmək, hərhansı sərgidə iştirak etmək stressi azaldır. Ruhumu və bədənimi yorğunluqdan xilas etmək üçün tez-tez spa mərkəzlərinə üz tuturam".
Lea makiayın gücünə inanır. Ancaq o, özünə çox yaraşdırdığı qırmızı dodaq boyası ilə bağlı stereotipləri yıxmaqdan da geri qalmır. Bildiyimiz kimi, qırmızı dodaq boyası şəhvətin, ehtirasın simvolu hesab edilir. Hətta çoxları bu rəngdə dodaq boyası çəkən qadının eşqbaz olduğunu düşünür. Lea isə, əksinə, kişilərin qırmızı dodaq boyasına nifrət etdiklərini deyir:
"Gözəllik sirlərimdən biri də makiyajı fırça ilə yox, barmaqlarımla etməkdir. Belə makiyaj daha təbii alınır. Kişilər qırmızı dodaq boyasa nifrət edirlər. Əgər görüşüm varsa və mən həmin gecə öpüşmək istəmirəmsə, mütləq qırmızı dodaq boyası çəkirəm. "Nars" brendinin qırmızı dodaq boyası suya davamlı olduğu üçün bütün gecə dodağımda qalır".
Lea Seydunun stilindən ilham almaq üçün fotolara nəzər salın!
Ləman Sultan
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO





















.png)
.jpg)














