Məşhur müğənni: “Cibində pulu olmayan məni təhqir etməsin!” - FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur müğənni: “Cibində pulu olmayan məni təhqir etməsin!” - FOTOLAR

Məşhur müğənni: “Cibində pulu olmayan məni təhqir etməsin!”  - FOTOLAR

Model Çağla Şikəl ilə olan evliliyi və boşanmalarından sonra gündəmdən düşməyən Əmrə Altuğ uzun müddətdir ki, musiqiyə vaxt ayıra bilmirdi. O, nəhayət "Çıta" adlı yeni albomunu satışa çıxarıb. Albomun ikinci klipini "Dokunduğun gibi" adlı mahnıya çəkən Əmrə Altuğ qışın ən çox dinlənilən müğənnisi olmağa iddialıdır. Yeni albomu münasibətilə, "HT Magazin"ə müsahibə verən Əmrə Altuğun maraqlı açıqlamalarını Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- Yeni albomun xeyirli-uğurlu olsun. Uzun müddətdir ki, səndən yeni mahnılar gözləyirdik.

- Elə mən də (gülür). Əslində, albomu yayda tamamlamışdım. Ancaq ölkəmizdə vəziyyətin gərginləşməsi səbəbindən təxirə salmalı olurduq. "Dokunduğun gibi"nin bu qışın bir nömrəli mahnısı olacağını düşünürəm.

- Belə bir dövrdə albom çıxartmaq cəsarətli işdir.

- Vəziyyəti nəzərə alsaq, gərək, ümumiyyətlə, işləməyək. Biz populyar musiqi janrında əsərlər yaradırıq. Ona görə də, mahnı hazır olan kimi təqdim etmək lazım gəlir. Əks halda, mahnının enerjisi köhnəlir, bu da dinləyiciyə təsir edir.

- "Dokunduğun gibi" mahnısı üçün çox iddialı danışdınız. Mahnıya gələn reaksiyalar qaneedicidirmi?

- Gözlədiyimdən də yaxşı reaksiyalar gəlir. Mahnı çıxdıqdan 2-3 gün sonra yolda onu zümzümə edənlərə rast gəlirdim. İlk dəfədir ki, belə bir hal müşahidə edirəm.

- Mahnını Çağla Şikəl üçün yazdığınız deyilir.

- Mahnının sözlərini mən yazmamışam. Ona görə də, Çağla üçün yazmağım mümkün deyil. Bəlkə də, yazan Çağla üçün yazıb, mən bilmirəm (Qəhqəhə çəkir).

- Çağla mahnını bəyənib, hətta "Instagram"da paylaşıb.

- Çox bəyənib. Sağ olsun. Biz onsuz da hər gün danışırıq. Ömür boyu da bu belə olacaq. Çünki küsmək şansımız yoxdur. Övladlarımız var.

- Daha öncə "Sıcak" adlı mahnınıza çəkdiyiniz klip qalmaqal yaratmışdı. Sizi yenə o klipdəki kimi seksual obrazda görəcəyik?

- Yox. O, mahnının sözlərində seksuallıq var idi, klipi də ona uyğun çəkdik. Gənclik dövrü idi, geridə qaldı. Artıq məni elə görə biləcəyinizi zənn etmirəm.

- Çağla Şikəl doğum günündə ona hədiyyə aldığınızı demişdi. Nə hədiyyə etmişdiniz?

- Əslində, uşaqlar kiçik olduğu üçün hədiyyə seçməkdə onlara kömək etmişdim.

- Ayrılmış cütlüklərin yay aylarında birlikdə tətilə çıxmalarına necə baxırsınız?

- Birlikdə istirahət edə, restoranda yemək də yeyə bilərik. Çünki uşaqlarımız var. Çağlanın ailəsini öz ailəmdən ayırmıram, o da mənim ailəmə qarşı eyni münasibəti göstərir.

- 7 illik evlilikdən sonra subaylıq çətin olmadı?

- Əvvəllər çətin oldu. Harasa dəvət edirdilər, deyirdim, gözləyin məsləhətləşim. 2 ayda subaylığa öyrəşdim. Hazırda çox xoşbəxtəm.

- Bəs uşaqlar da yeni vəziyyətə öyrəşə bildilər?

- Biz onlara ayrıldığımızı çox da hiss etdirmirik. Aramızda dava-dalaş olmadığı üçün uşaqlar da xoşbəxtdirlər. Çağla ilə evlərimiz yaxındır. Uşaqlara deyirəm ki, "2 otağınız var, hər ikimizin evində yaxşı vaxt keçirirsiniz. Bundan artıq xoşbəxtlik olar?".

- Qız atası olmaq istəyərdiniz?

- Evli olduğumuz vaxt istədik, olmadı. Oğul atası olduğum üçün xoşbəxtəm. Oğlum Kuzey sakit təbiətli, Uzay isə arzuladığım kimi, dəcəldir.

- Üfüqdə yeni eşq varmı?

- Yox, qarşıdakı 3 ildə eşq mənə qadağandır. Çünki karyeramı ikinci plana atmışdım. Yenidən qayıdış etmək istəyirəm.

- Hamı Çağla ilə yenidən bir araya gələcəyinizi düşünür.

- (Gülür) Sosial şəbəkədə bu mənada fikirlərini paylaşan çoxlu pərəstişkarlarımız var. Onlara heç nə deyə bilmərəm. Ancaq bəziləri məqsədini aşan cümlələr qurur. Elə adamları məhkəməyə verirəm. Qaldırdığım iddiaları, adətən, qazandığım üçün təzminatlar sayəsində çoxlu gəlir əldə edirəm. Həmin pulları da xeyriyyə məqsədi ilə xərcləyirəm. Ona görə də, xəbərdarlıq edirəm, cibində pulu olmayan məni təhqir etməsin.

- Yenidən ailə qurmağı düşünürsünüz?

- Dedim axı, sevgi haqqında düşünmürəm. Odur ki, evlilik də mənə uzaqdır. Buna baxmayaraq, gələcəkdə nə baş verəcəyini də bilmək olmaz. Böyük danışmayım.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm