Layihə
Prezidentlərin keçmiş həyat yoldaşları haqqında maraqlı FAKTLAR
Sivil dünya təcrübəsi göstərir ki, dövlət başçılarının boşanması yaxşı qəbul olunmur. Məsələn, Amerika kimi demokratik ölkədə belə, heç bir prezident hakimiyyətdə olduğu müddətdə həyat yoldaşından ayrıla bilməz.
Birinci cütlük istənilən halda, nümunəvi və sarsılmaz olmalıdır. Birinci ledi ərinin ona xəyanət etməsindən şübhələnsə də, boşanması yolverilməzdir. Ümumiyyətlə, bizim əsrdə yüksək vəzifə sahiblərinin boşanması nadir hadisədir və belə dövlət liderlərini barmaqla saymaq olar.
Publika.az-ın "Kokteyl" layihəsinin bu sayında boşanmış siyasi xadimlərin keçmiş həyat yoldaşlarını xatırlamışıq.
Vladimir Putinin keçmiş həyat yoldaşı
Lyudmila Aleksandrovna heç vaxt ictimai-siyasi xadim olmayıb. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putindən rəsmi şəkildə boşandıqdan sonra (2014-də "Qorkovski" ədəbi mükafatların təqdim olunması mərasimindəki çıxışı istisna olmaqla) bir dəfə də olsun, mətbuatda görünməyib.
Birinci versiya
Lyudmila Aleksandrovnanın uzun müddət mətbuatdan itkin düşməsi onun haqqında bəzi şayiələrin yaranmasına səbəb olub. Məsələn, 2014-cü ilin avqustunda bir şübhəli mənbə Lyudmila Aleksandrovnanın müğənni Mixail Mixaylova ərə getdiyi barədə məlumat yaymışdı. Bu "eksklüziv" xəbər böyük rezonans doğursa da, müğənni sosial şəbəkədə bunun 1 aprel zarafatı olduğunu bildirmişdi. Qeyd edək ki, Mixail Mixaylov bir vaxtlar keçmiş birinci ledinin onun repertuarını bəyəndiyini və bununla qürur duyduğunu demişdi. Bu şayiə də buradan qaynaqlanır. Sözsüz, bu fakt öz təsdiqini tapmamışdı.
İkinci versiya
Bir neçə gündür ki, Rusiya və dünya mətbuatında Lyudmila Aleksandrovnanın ikinci dəfə evləndiyinə dair xəbərlər çıxıb. Rusiyanın "Собеседник" qəzeti bu barədə iki maraqlı sənəd tapıb. Sənədlər onu göstərir ki, Lyudmila Aleksandrovna soyadını dəyişib. Birinci sənəddə onun qızlıq soyadı Şkrebneva kimi göstərilir, ikinci sənəddə isə o, soyadını dəyişərək Oçeretnaya olub.
Vladimir Vladimiroviç həyat yoldaşının ikinci dəfə evlənməsinə çox müsbət yanaşır. Əgər xatırlayırsınızsa, o, 2014-cü ildə verdiyi müsahibədə yenidən evlənməsi haqqında məsələni zarafata salmışdı:
"Gərək əvvəlcə keçmiş həyat yoldaşım Lyudmila Aleksandrovnanı ərə verim, sonra özüm barədə düşünərəm".
Bəs bu Oçeretnoy kimdir?
Nəşr onun ailə qurduğu təxmin edilən kişinin adını açıqlayıb. Bu, 37 yaşlı Artur Oçeretnoydur. 58 yaşlı Lyudmilanın həyat yoldaşı 37 yaşlı əri Artur Oçeretnoy Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. Ən maraqlı məqam odur ki, əri onun özündən 21 yaş kiçikdir. Digər maraqlı məqam Artur Oçeretnoyla Lyudmila Putinanın əslən Kalininqraddan olmasıdır.
Silvio Berluskoninin keçmiş həyat yoldaşı
Silvio Berluskonin keçmiş həyat yoldaşı Veronika Lario baş nazirdən 2009-cu ildə ayrılıb. Veronika Lario həyat yoldaşının başqa qadınlarla münasibətindən, yetkinlik yaşına çatmayan qızların iştirakı ilə erotik əyləncə gecələrindən təngə gəlmişdi. Xatırladaq ki, bu cütlük 25 il evli olub. Onların bu nikahdan 3 uşağı var.
2015-ci ildə çıxan məhkəmə hökmünə əsasən, 59 yaşlı Veronika hər ay aliment kimi hərəyə 1,4 milyon avro alır. Bundan başqa, Silvio Berluskoni keçmiş həyat yoldaşına Milan yaxınlığında dəbdəbəli malikanə hədiyyə edib. Lakin ötən il İtaliya mətbuatında Veronikanın Milanda daha təvazökar, amma rahat ikimərtəbəli ev aldığı deyilir.
Nikolya Sarkozinin keçmiş həyat yoldaşı Sesiliya Sarkozi
Nikolya Sarkozinin keçmiş həyat yoldaşı Sesiliya Sarkozi Fransanın birinci ledisi statusunda cəmi 5 ay qalmağa macal tapdı. 2007-ci ilin payızında cütlük boşandığını rəsmən elan etdi.
Deyilənə görə, Nikolyanın eqoizmi və kobud davranışları ər-arvad arasında problemlərə səbəb olub. Lakin qeyd edək ki, Sarkozinin keçmiş həyat yoldaşı 2005-ci ildə məşuqu və mərakeşli iş adamı Rişar Attiasomla birgə yaxanlanmışdı. Bu səbəbdən, Sesiliyanın boşandıqdan qısa müddət sonra Rişar Attiasomla nişanlanması təəccüb doğurmadı. Cütlük hazırda Nyu-Yorkda yaşayır. Sesiliya indi inkişaf etməkdə olan ölkələrdə qadın hüquqları fonduna rəhbərlik edir, 2013-ci ildə isə "Həqiqət istəyi" avtobioqrafik kitabını buraxıb.
Fransua Ollandın keçmiş həyat yoldaşı Valeriya Trierveyler
Valeriya Trierveyler Fransua Ollandla rəsmi evli olmasa da, o, 2 il ərzində Fransanın birinci xanımı hesab edilirdi. 2014-ci ildə isə prezident onların münasibətlərinin bitdiyini elan etdi. Bu barədə söz-söhbət Ollandın aktrisa Jüli Qaye ilə görüşdüyü vaxtlarda da yayılmışdı.
İxtisasca jurnalist olan Valeriya Ollanddan ayrılıqdan sonra "Bu an üçün çox sağ" adlı bioqrafik kitabını yazıb. Kitab Valeriya ilə Ollandın münasibətlərindən bəhs edir. O, bu kitabla bir növ Fransua Ollandan qisas almışdı. Fransa prezidenti Fransua Ollandın qalmaqallı şəkildə ayrıldığı həyat yoldaşı Valeria Trierveyler tərəfindən qələmə alınan kitab hələ də satış rekordu qırmaqda davam edir. Trierveylerin təkcə Fransada deyil, dünya mətbuatında da maraqla qarşılanan kitabından 1.7 milyon avro gəlir əldə etdiyi deyilir.
Valeriya Fransua Ollanddan ayrılsa da, ondan qisas almağa davam edir. Məsələn, ötən ilin payızında sosial şəbəkədə üstündə bu yazı olan köynək şəkli paylaşmışdı: "Eks sevgilim üçün çox cazibədaram" .
Şəxsi həyatına gəldikdə, paparassilər bir dəfə onu Alen Delonla birlikdə görüntüləmişdi. Mətbuatda onların sevgili olduğu barədə xəbərlər də çıxmışdı. Lakin bu, sadəcə, işgüzar xarakterli görüş idi. Alen Delon da bu xəbəri qəti şəkildə inkar etmişdi.
Sonra mətbuat qərara gəldi ki, onun yeni sevgilisi livanəsilli amerikalı proqramçı Hani Yakandır.
Bununla belə, xanım hələ də Ollandın adı çəkiləndə qəzəblənir. Belə ki, ötən ilin mayında ona "Fransua necədir" sualını verən deputata şillə vurmuşdu. Zərərçəkmiş tərəf məhkəmə vasitəsilə Valeriyanın ondan üzr istəməsinə nail olmuşdu.
Aytən
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO





















.png)
.jpg)














