44 yaşlı aktrisa: “İstəyirəm ki, məni söysünlər” - FOTOLAR
Bizi izləyin

Layihə

44 yaşlı aktrisa: “İstəyirəm ki, məni söysünlər” - FOTOLAR

44 yaşlı aktrisa: “İstəyirəm ki, məni söysünlər” - FOTOLAR

İnci Türkay bir vaxtlar "Sehirli annem" adlı serialla ekranların ən sevimli aktrisasına çevrilmişdi. Aktrisa daha sonra bir sıra layihələrdə yer alsa da, əvvəlki populyarlığını qoruya bilmədi. Son günlər "Köstebekgiller" adlı film ilə gündəmə gələn İnci Türkay "Hürriyet"ə müsahibə verib. 44 yaşlı aktrisa şəxsi həyatı və karyerası barədə olduqca maraqlı etiraflar edib.

Müsahibəni Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində oxuya bilərsiniz.

- "Köstebekgiller" filminin davamı çəkildi. Filmdə "Ceyda" adlı qadını canlandırırsınız. Bir az bu haqda məlumat verə bilərsiniz?

- Ceyda çox yaxşı insan və mükəmməl anadır. Yeni filmdə o, ikinci dəfə ana olacaq. Ona görə də, çəkilişlərin çoxunda qucağımda körpə gəzdirirdim. Ana olmağın dadını yenidən hiss etdim. Körpə qoxusu, uşaq oyunları üçün çox darıxmışammış…

- Filmdə sizi cəlb edən nüanslar nələr idi?

- Əslində, ssenarini oxuyub filmdə çəkilməyəcəyimi dedim. Çünki ssenari macəra dolu idi. Ancaq sonradan fikrimi dəyişdirməyə razı saldılar. Çəkilişlər gözlədiyimdən də çətin keçdi. Klassik avtomobil sürməli oldum.

- Dublyordan istifadə etmədiniz?

- Normal həyatda da avtomobil sürürəm. Ancaq belə maşını idarə etmək çətin olur. Buna baxmayaraq, dublyordan istifadə etmədik. Rejissorumuz Qüdrət Sabancı ustalığını göstərdi. Onun sayəsində hər şey əla alındı.

- Real həyatda necə sürücüsünüz?

- Yaxşı sürücüyəm. Bəlkə də sizə qəribə gələcək, amma mən tıxacda belə sakitliyimi qoruyuram. Səbirliyəm, heç vaxt dava etmərəm. Səsimi yüksəltməyi sevmirəm, kimsə mənə qışqırsa, o dəqiqə ağlayaram. Çünki xəyallar aləmində yaşayıram, həyata çəhrayı eynəyimlə baxıram.

- Sizi ekranda ancaq müsbət obrazlarda görürük. Bu vəziyyətdən məmnunsunuz?

- Aktrisanın özünü təkrarlaması yaxşı xüsusiyyət deyil. Dövlət teatrında da fəaliyyət göstərirəm. Yaxşı ki, orada mənfi qadın obrazları canlandırıram. Hətta bəzən canlandırdığım obraz izləyicilərin söyüşlərinə də hədəf olur. "Sihirli annem" 10 il davam etmişdi. Orada canlandırdığım obraz insanların həyatına daxil oldu və çox sevildi. Ona görə də, mənimlə bağlı şirin, ağıllı, xoşxasiyyət qadın imici formalaşdı. Əslində isə, fərqli rollarda oynamaq istəyirəm. Mənfi qadın obrazlarını daha çox sevirəm. Əsəbi, iddialı, istədiyini əldə edə bilən qadını canlandırmağı kim istəməz? Tamaşaçılarımı təəccübləndirmək istəyirəm. İstəyirəm ki, televizor qarşısında əyləşənlər və ya kino zalına gedənlər də, teatrdakılar kimi, məni söysünlər (Qəhqəhə çəkir)

- Dediniz ki, filmdə canlandırdığınız obraz ikinci dəfə ana olacaq. Bəs siz real həyatda oğlunuz Əliyə bacı və ya qardaş hədiyyə etmək istəmirsiniz?

- Yəqin ki, yaşım buna icazə verməz (gülür). Çox şükür, Əlini dünyaya gətirmişəm. İkinci uşaq haqqında düşünmürəm.

- Yeni filminizdə oğlunuz Əli də rol alıb. Övladınızla birgə kamera qarşısına keçmək necə hissdir?

- Oğlumla kamera qarşısına keçmək çox fərqli, qeyri-adi hisslər yaşatdı. Ömrümüzün axırına kimi bizim üçün dəyərli xatirələrdən biri olacaq. Oğlum heç çətinlik çəkmədi. Çünki gözünü açandan bəri tez-tez çəkiliş meydanlarında olub. Gələcəkdə aktyor olmaq istəyir.

- Bəs siz onun aktyor olmağını arzulayırsınız?

- Yox, heç istəmirəm. Bu sahədə şərait çox dəyişilib, artıq əsl sənətlə məşğul olmaq çox çətindir. Azad düşüncə yoxdur, fikirlərini müdafiə edə bilmirsən. Aktyor və aktrisa çox ağrılı mərhələlərdən keçməli olur. Bu peşənin insanı xəyalqırıqlığına uğratmaq ehtimalı çoxdur.

- Sizi də xəyal qırıqlığına uğradıbmı?

- Teatr sahəsində çox xəyal qırıqlıqlarım olub. İstədiyim bir rol var idi və o rola ən uyğun aktrisa mən idim. Ancaq rejissorla tanışlığı olan aktrisa seçildi.

- Bir az da şəxsi həyatınızdan danışaq. Uzun müddətdir ki, model Atilla Saralla birlikdəsiniz.

- 7 ildir ki, birlikdəyik. Münasibətlərimiz əladır. Atilla həm sevgilim, həm qardaşım, həm atam, həm həyat yoldaşımdır. Bütün günü birlikdə keçirmirik. Bu da xoşuma gəlir. Onun Kaz dağlarında ayrı bir həyatı var. Tez-tez bir-birimizə qonaq oluruq. Oğlumla arası yaxşıdır.

- 7 illik münasibət niyə hələ də evliliklə nəticələnməyib?

- Çünki qorxuram. Hər hansı bir sahədə uğur qazana bilməyəndə, həmin işin qulpundan növbəti dəfə yapışmağa çəkinirəm. İlk evliliyimdə əlimdən gələn hər şeyi etməyimə baxmayaraq, boşanmalı olduq. Eyni hadisələri təkrar yaşamağa qorxuram.

- Atilla Saral bu vəziyyətlə barışıb?

- Arada bir evlilik mövzusunu müzakirə edirik. Biz hələ də ilk günkü həyəcanı itirməyən, hələ də bir-birinə sürpriz etməyi bacaran cütlüyük. Evlilikdə belə olmur, hər şey dəyişilir. Ona görə də, evlilik mövzusunda Atillanın da qorxuları var.

- Keçmiş həyat yoldaşınız Əhməd Əroğlu ilə məhkəməlik olmuşdunuz. O, sizə hər ay ödəməli olduğu 25 min lirəlik alimentdən imtina etmək niyyətindədir. Bir də, səhv etmirəmsə, Əlini sizdən almaq istəyir. Məhkəmənin nəticəsi nə oldu?

- Məhkəmə haqqında mediaya açıqlama verməyimiz qadağan edilib. Məhkəmə işi hələ də davam edir. Şər atdılar, haqqsızlıq etdilər. İnsan haqlı olanda özünü müdafiə edə bilmir. Nə deyə bilərəm, bir övladımız var. Məhkəmənin yaxşı nəticələnəcəyinə inanıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm