Layihə
Müxtəlif ölkələrdə dəbdə olan zinət əşyaları - FOTOLAR
Elə xanım yoxdur ki, qızıl-zinət əşyalarını bəyənməsin, daş-qaşın parıltısından təsirlənməsin. Dünyanın harasında olursa-olsun, qadınlar aksessuarların qarşısında acizdir.
Publika.az-ın “9 don” layihəsinin bu sayında oxucuları Amerika və Avropanın müxtəlif ölkələrində ən çox dəbdə olan aksessuarlarla tanış etmişik.
İspaniya
Şəhərdə parlaq rənglər və ziddiyyət çox olmasına baxmayaraq, İspaniya sakinləri bərbəzəklərdə daha çox minimalizmə üstünlük verir. İspan modapərəstləri koloritli detallara, iri sırğalar və ya boyunbağılara yalnız xüsusi hallarda müraciət edir.
İspaniyalı qızların obrazlarında əsas zərgərlik trendi çoxqatlı boyunbağılardır. Dəbli qızların boyunlarını dekorativ asmalı uzun zəncirlər bəzəyir.
Onların obrazının digər mühüm elementi isə böyük boyunbağılardır. Onları həm gündəlik obrazlarda, həm də gecə tədbirlərində görmək olar. Şirin və qeyri-adi kulonlar da müasir ispan qızlarının üslubunun əsas elementlərindən biridir.
Almaniya
Minimalizm və ciddilik alman qızlarının üslubuna xas olan əsas cəhətdir. Buna baxmayaraq, əsl modapərəstlər xırda detallara böyük diqqət yetirirlər. Qeyri-adi həndəsi formalı bəzək əşyalarına, müxtəlif ornamentlərlə işlənmiş qolbaq və sırğalara bu ölkənin dəbli qızları biganə qalmır. Bakıdan fərqli olaraq, Almaniyanın müxtəlif şəhərlərində gündəlik həyatda zinət əşyalarından, təmtəraqlı aksessuarlardan istifadə edən qızlara çətin ki, rast gələsiniz. Yox, əgər hər hansı alman qızı bərbəzək taxmaq qərarına gəlibsə, onlar aksessuarların geyimlə uyğunluğuna xüsusi diqqət edəcək. Bir sözlə, obraz xırdalıqlarına qədər düşünülmüş olacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, alman qızları hər şeydən əvvəl paltarların rahatlığına və əlverişli olmasına diqqət edirlər.
İtaliya
İtaliya əbəs yerə moda dünyasının mərkəzlərindən biri sayılmır. Məhz bu ölkədə dünyanın bir çox aparıcı geyim brendləri yaradılıb. İtaliyalı qadınlar xüsusi gözəlliyi və üslubu ilə həmişə fərqlənib. Şübhəsiz ki, bəzək əşyaları onların qarderobunun vacib elementidir.
Bütün barmaqları bəzəyən çoxlu sayda müxtəlif üzüklər italyan modapərəstləri arasında geniş yayılmış trenddir. Üzüklərin vəhdəti və sayı tamamilə müxtəlif ola bilər: nə qədər çox üzük olsa, bir o qədər yaxşıdır. İtalyan xanımları təbii gözəlliyini vurğulamaq və ya parlaq obraz yaratmaq üçün tez-tez iri sırğalara da üstünlük verirlər.
Azərbaycan
Azərbaycan xanımları əsl qızıl hərisidir. Məsələn, bahalı materialdan hazırlanmış zinət əşyaları, adətən, şənliklərə, qonaqlıqlara, gecə tədbirlərinə taxılır. Bakılı xanımlar isə zinət əşyalarından gündüz də ayrılmaq istəmir. Dolayısı ilə gözəl görünmək eşqi bayağılıqla nəticələnir.
Qeyd edək ki, Azərbaycanlı modapərəstlər arasında açar, mələk, eləcə də, öz adı yazılmış kulonlar çox məşhurdur.
ABŞ
Amerikadakı müxtəliflik və imkanlar, o cümlədən saysız brendlərin fəaliyyət göstərməsi modapərəstləri dəb tendensiyalarını sürətlə dəyişməyə vadar edir. Trendlərə əməl etməyənlər isə özündən yeni maraqlı variantlar fikirləşib tapır. Məsələn, bir neçə ildir ki, amerikalı modapərəstlər zəncir boyunbağıları qara və digər rəngdə paraçadan tikilmiş xaltalarla əvəz edib. Belə detallar obrazı daha cəlbedici və maraqlı edir. Artıq bir çox dünya ulduzları da bu trendə böyük məmnuniyyətlə əməl edir. Üstəlik, stilistlər xalta boyunbağıları həm gündəlik, həm də ən əhəmiyyətli tədbirlərə taxmağa icazə verirlər.
İngiltərə
Ən cəsarətli dəb eksperimentləri ingiltərəli stil ikonalarına aiddir. Üz quruluşuna yaraşan qeyri-adi və maraqlı sırğalar, bəzək əşyaları, müxtəlif boyunbağı və kulonlar britaniyalı modapərəstlərin seçimləri arasında çoxluq təşkil edir. Həmçinin 90-cı illərin vintaj bəzək əşyaları britaniyalı gözəllərin qarderobunun bir hissəsini təşkil edir.
Müasir aksessuarlar da mühüm trenddir. İşıqların təsiri ilə rəngini dəyişən rəngli daşlar və ya bəzək əşyaları əhval-ruhiyyəni qaldırır. Digər maraqlı variant barmaqları bəzəyən üzüklər ola bilər.
Rusiya
Rusiyalı xanımların stilinə nəzər salıb əminliklə demək olar ki, onlar Moskvaya da dəb paytaxtı statusu qazandırmaq niyyətindədir. Bu yolda çox iddialı olan rus qadınlarını fərqləndirən əsas cəhət sadəliyə üstünlük vermələridir. Rus gözəlləri, adətən, zərif sırğa, saat və nazik boyunbağı ilə kifayətlənirlər. Ayaq zəncirləri də rus xanımların obrazını effektli göstərən vacib detaldır.
Aytən
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...





































.jpg)


