Hinduların müqəddəs daşı – FOTOLAR
Bizi izləyin

Layihə

Hinduların müqəddəs daşı – FOTOLAR

Bu günə kimi sizə bir-birindən fərqli xüsusiyyətlərə malik onlarla qiymətli daşı tanıtmışıq. Ancaq bu dəfə haqqında bəhs edəcəyimiz daş onların hamısından fərqlənir. Publika.az-ın "Mücrü" layihəsində bu dəfə ən "kaprizli" daşlardan biri hesab edilən florid haqqında oxuyacaqsınız.

Bir daş, onlarla çalar

Florid kristalı müxtəlif mədən yataqlarında və isti su mənbələrinin meydana gətirdiyi çökəkliklərdə formalaşır.

Bu daş dünyanın bir çox bölgəsində tapılsa da əsas istehsal edildiyi ölkələr İngiltərə, Almaniya və ABŞ-dır.

Florid olduqca qeyri-adi daşdır. Qədim zamanlarda onu "göyqurşağı" adlandırıblar. Bu da səbəbsiz deyil. Çünki florid yaşıldan tutmuş, sarıya, bənövşəyidən qırmızıya kimi bir çox çaları özündə əks etdirir. Hər daşda bu rənglərdən biri üstünlük təşkil edir. Məsələn, sarı, qırmızı, yaşıl, çəhrayı, mavi, bənövşəyi, qəhvəyi çalarlarda olan floridə rast gəlmək mümkündür. Maraqlısı odur ki, hansı rəng çalarlarını əks etdirməsindən asılı olmayaq daşı işığa tutduqda o bənövşəyi rəngdə görünür. Bəlkə də bu xüsusiyyətinə görə, floridin saxtasını satmağa cəsarət edənlərin sayı azdır. Floridin orjinallığını müəyyənləşdirmək üçün sadəcə günəş işığına tutmağınız kifayətdir. Daş bənövşəyi rəngdə görünməsə, deməli, saxtadır.

Hinduların müqəddəs daşı

Deyilənə görə, hindu qəbilələri florid daşını müqəddəs hesab ediblər. Onlar daşın bir sıra müalicəvi xüsusiyyətlərini müəyyənləşdiriblər. Daha sonra aparılan elmi araşdırmalar da, hindu qəbilələrinin yanılmadığını göstərib. Lakin hindular daşdan istifadə qaydalarını sirr kimi saxlayıblar. Deyilənə görə, onlar bu daşla ən ağır yaraları belə sağaldırmışlar.

Floridin ruhi sağlamlığa faydaları:

*Florid kristalı enerjisi yüksək olan kristallardan biridir. Neqativ enerjini pozitivə çevirir. Ona görə də, ev və ofislərdə ən çox diqqət çəkən yerə yerləşdirilməsi məsləhətdir.

*İnsanın pis xatirələrdən xilas olmağına kömək edir.

*Dinclik bəxş edir.

* Zehni yorğunluğun qarşısını alır.

*Fikirləriniz qarışıq olanda, hər hansı mövzuda qərar verməkdə çətinlik çəkəndə florid daşını ovucunuza qoyub sıxın. 5 dəqiqə sonra beyninizin məsələni daha yaxşı analiz etdiyini hiss edəcəksiniz.

*Mənəvi baxımdan çökmüş, yaşamaqda heç bir məna görməyən insanlar florid daşı sayəsində yenidən həyat eşqi ilə dola bilərlər.

*İlham verir.

*Boyunbağı formasında taxıldıqda diqqəti və özünə inamı artırır. Bu baxımdan imtahan verməli olanlar və ya avtomobil idarə etməyi öyrənənlər florid daşından faydalanmalıdır.

*6-cı hissi qüvvətləndirir.

*Florid sayəsində öncəgörmələriniz düz çıxacaq. Çünki daş bu bacarığı qüvvətləndirir.

*Məntiqlə duyğuları balanslaşdırmağa imkan yaradır.

Floridin fiziki təsirləri:

*Baş ağrılarına qarşı təsirlidir.

*Miqren ağrılarını kəsir və xəstənin vəziyyətini yaxşılaşdırır.

*Vertiqo, xroniki sinüzit, aneroksiya kimi xəstəliklərin müalicəsində köməkçi vasitə kimi istifadə edilir.

*Bütün xəstəliklərin inkişafını ləngidir.

*Əsəb sisteminə yaxşı təsir edir.

Floridi necə mühafizə etməli?

Zinət əşyalarınızın üzərindəki florid daşının daim parlamasını istəyirsinizsə, ona xüsusi qulluq etməlisiniz. Florid daşının şəfalı xüsusiyyətlərindən yararlanmaq üçün də ona yaxşı baxmaq şərtdir.

Bir neçə nüansa diqqət etsəniz, florid daşı illərlə təzə qalacaq. İlk öncə florid qaşlı zinət əşyalarını ayrı mücrüdə saxlayın. Şəffaf floridi digər daşlarla birlikdə istifadə edə bilərsiniz. Bənövşəyi floridi tək istifadə etmək məsləhətdir. Belə zinət əşyasını başqa qiymətli daşlardan hazırlanmış ləl-cəvahiratla birlikdə istifadə etsəniz, daşların təsiri azalacaq.

Digər daşlarla müqayisədə çox kövrək olan florid asanlıqla cızıla və qırıla bilər. Ona görə də onu təmizləyərkən diqqətli olmaq lazımdır. Florid daşını axar su altında 5 dəqiqə saxlayaraq təmizləyə bilərsiniz. Sirkəli su ilə silmək də olar. Su həddən artıq isti və ya soyuq olmamalıdır. Daşı təmizləyərkən əsla sabundan istifadə etməyin. Bu, daşın parlaqlığını itirməsinə səbəb ola bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm