Layihə
Hillari Klinton tarixə düşəcəkmi? - MARAQLI FAKTLAR
ABŞ-ın növbəti prezident seçkilərində ən real namizəd Hillari Klinton sayılır. Bəzi proqnozlara görə, ilk qaradərili prezidentdən sonra o, ABŞ tarixinə daha bir "ilk" kimi düşə bilər.
Publika.az-ın "Kokteyl" layihəsinin bu sayında oxucuları xanım Klinton haqqında maraqlı faktlarla tanış etmişik.
- Hillari Klinton 1947-ci il oktyabrın 26-da İllinoys ştatında, Çikaqoda doğulub. Onun özündən yaşca kiçik 2 qardaşı var. Hilari olduqca ciddi nəzarət altında tərbiyə alıb. O və qardaşları qərbin ənənəvi dəyərləri əsasında yetişdirilib. Onlar bazar günləri kilsəyə getməli, dərslərini yaxşı oxumalı, o cümlədən idmanla məşğul olmalı idilər. Böyüklərə sayğı isə digər vacib şərtlərdən biri idi.
- Hillari Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib.
- Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olub. Onlar 1975-ci ildə evləniblər. Bu evlilikdən cütlüyün Çelsi adlı bir qızı var. Bioqraflardan birinin yazdığı məlumatda deyilir ki, o, çox uşaq sahibi olmaq istəyib, amma həkimlərin müayinəsindən sonra Hillarinin daha dünyaya uşaq gətirə bilmədiyi məlum olub.
- Hillari Bill Klintonla evlənməzdən əvvəl - 1975-ci ildə dəniz donanması qulluğuna qəbul olunmaq istəyirdi. Deyilənlərə görə, mütəxəssis heyəti bu vəzifə üçün onun yaşının uyğun olmadığını, zəif göründüyünü, ən önəmlisi isə qadın olduğunu əsas gətirərək etiraz edib.
- Hillari uşaq olarkən astronavtlar dəstəsinə daxil olmaq üçün NASA-ya xahiş məktub yazıb, amma ona cavab gəlib ki, oraya qız astronavt qəbul olunmur.
- Xanım Klinton gənclik illərində makiyaj etmədiyi, geyim-kecimə ciddi fikir vermədiyi üçün ətrafında şayiələr yayılmışdı ki, guya o, lesbiyandır.
- O, yeniyetməlik dövründə də çox fəal olub, şəhərdən kənarda yaşayan Meksika miqrant fəhlələrinin uşaqlarına baxmaq üçün xüsusu qruplar təşkil edib.
- Hilları məktəbə hərdənbir hərbiçi uniformasında gəlirdi. Onun məktəbdə geyim formasının tətbiq olunmasını dəstəkləməsi bəlkə də buradan irəli gəlir.
- Məktəbi bitirdikdən sonra Hillari sənədlərini həm Harvard, həm də Yel universitetinə göndərmişdi. Hər ikisindən uğurla keçən Hilari iki universitet arasında seçim edə bilmirdi. Onu Harvardın ən məşhur hüquq professorlarından birinə təqdim edəndə bu sözləri demişdilər: "Professor, bu, Hillari Rodxemdir. O, ən güclü rəqibimiz və bizim aramızda heç cür seçim edə bilmir". Müəllimi isə belə cavab vermişdi: "Birincisi, bizim rəqibimiz yoxdur, ikincisi isə bizə daha qız lazım deyil". Bu sözlərdən sonra Hillari Yel universitetini seçməli olmuşdu.
- Bill Klintonun 12 il sevgilisi olduğu iddia edilən Cennifer Florensdən jurnalsitlər Hillari Klintonun prezidentliyə namizəd olmasına necə baxdığını soruşub. O, cavabında qadınların prezident olmaq istəməsini dəstəklədiyini, lakin Hillarini bu vəfizədə təsəvvür etmədiyini bildirib.
- Xəyanətdən söz düşmüşkən, bəzi mənbələrdə göstərilir ki, Arkanzasın qubernatoru olarkən Hillari ərini izləmək üçün özəl detektiv tutub və aldığı hesabatdan dəhşətə gəlib.
- Bill Klintonla tanış olmaq üçün ilk cəhdi Hillari özü atıb. O, qəfil partadan ayağa qalxaraq Billə yaxınlaşıb və onunla tanış olmaq istədiyini deyib: "Bayaqdan mənə baxırsansa və mən də bunun əleyhinə deyiləmsə, niyə tanış olmayaq? Adım Hillari Rodxemdir". Billdə onu nə cəlb etdiyini sualına Hilari belə cavab verib: "O, məndən qorxmurdu".
- Billin anası Hillarinin zahiri görkəminə laqeyd yanaşdığından söz salanda o, belə cavab verirdi: "Axı mənim kiminləsə danışmağa ehtiyacım var. Doğrudanmı, sən bunu başa düşmürsən?" Yeri gəlmişkən, qeyd edək ki, Hillari Klinton ərinin xəyanətlərinə göz yuman mərhəmətli qadın kimi də çox məşhurdur. Bill Klintonun həyat yoldaşına dəfələrlə xəyanət etməsini hətta mətbuatdan gizli saxlaya bilməyib.
- Zalım taleyin istehzasıdır ki, Hillari siyasi xadim kimi bir sıra işlərlə məşğul olub və ailə dəyərlərinə həsr olunmuş konfranslarda "yüksək münasibətlər" nümayiş etdirib. Bu zaman təkcə Amerika əhalisi deyil, dünyanın hər yerində onun ərinin öz köməkçisi ilə münasibətləri müzakirə edilirdi. 1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.
- Dünyanın bütün ölkələri və kameralar ərinin xəyanətinə necə reaksiya verdiyini şiddətli maraqla gözləyəndə Hillarinin hansı hissləri keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil. Lakin Hillari çox soyuqqanlı davranır, gözündən bir damcı da yaş axıtmır, heç bir təhqiredici söz demir. Hillari Klinton emosiyalara qapılmır və ağıllı qərar qəbul edir. Beləliklə, Hillari bu addımı ilə hamıya nümunə göstərir ki, ən əsası - sənin üçün əhəmiyyətli insanlar arasında münasibətləri qoruyub saxlamaq və səhv edən tərəfi bağışlamaq qabiliyyətidir.
- Əlbəttə ki, xəyanətlərə hər kəsin münasibəti də fərqlidir. Kimsə çamadanını yığıb evi tərk edir, kimisi də baş verənləri aydınlaşdırmağa çalışaraq münasibətlərinə ikinci şans verir. Əlbəttə ki, bu qərarın nə dərəcədə ağıllı və düzgün olması mübahisəli məsələdir. Ümumiyyətlə, xəyanət edən kişinin bağışlanılması insan yaranandan mübahisəli məsələ hesab olunur.
- Onu da qeyd etmək lazımdır ki, bir çox bioqraflar və şərhçilər Hillari və Billin nikahının sevgi üzərində qurulmasına şübhə edir. Onların iddialarına görə, cütlük siyasi ambisiyalarını həyata keçirmək, bir də Bill prezident seçilməsini təmin etmək naminə Hillari ilə ailə qurub.
- Yuxarıda sadalananlara baxmayaraq, ərinin prezidentlik dövrü başa çatdıqdan sonra Hillari öz karyerasını davam etdirir. Hətta 2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olub. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.
Aytən
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək