Cazibədar aparıcı: “Birlikdə olduğum hər kişi mənə…” – FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədar aparıcı: “Birlikdə olduğum hər kişi mənə…” – FOTOLAR

İllər keçir, hamı yaşlanır, o isə getdikcə daha da gözəlləşir. Söhbət məşhur aparıcı Burcu Əsmərsoydan gedir. Burcu Əsmərsoy deyəndə gözümüzün qarşısına əyləncəli, güclü xarakterə sahib, səmimi qadın gəlir. Gözəl aparıcı “Hürriyət”ə müsahibə verib.

O, son günlər gündəmi məşğul edən futbolçu Arda Turanla münasibətindən, uşaqlıqda keçirdiyi travmalardan və şəxsi həyatından danışıb.

Publika.az-ın “Şirin söhbət”ində həmin müsahibə ilə tanış ola bilərsiniz.

- Söhbətimizə Arda Turan məsələsindən başlayaq. Həqiqətən dostsunuz?

- Ardaya qarşı hiss etdiklərim sevgidən daha böyükdür. Çox yaxşı dostuq. Bunu ilk dəfə deyirəm: çox sevdiyim biri var idi. Arda onunla qardaş kimidir. Mənim aləmimdə keçmiş sevgilimin dostları ilə birlikdə olmaq yoxdur. Sevgililərimin kişi dostları ilə dostlaşıram, ancaq onlarla sevgili olmuram.

- Bəs Arda ilə dostluğunuz hələ də davam edirmi?

- Arda elə dostdur ki, hər dəfə kədərlənəndə onun çiynində ağlayıram. Sevgilimdən ayrıldığım dövrdə də mənə çox dəstək oldu. İndi də münasibətimiz çox yaxşıdır.

- Elədirsə, “GQ” jurnalının təşkil etdiyi mərasimdə Arda mükafat alarkən siz niyə səhnəni tərk etdiniz?

- Kimsə səhnəyə çıxanda aparıcı arxaya çəkilməlidir. Diqqəti özündən uzaqlaşdırmalıdır. Həmişə belə eləyirəm.

- Həmin gecədən sonra sosial şəbəkələrdə bir-birinizi dostluqdan silmisiniz.

- Mən onu hələ də izləyirəm. Çünki həyatımda onu təqib etməyimi istəməyən biri yoxdur. Dostumun sevgilisi mənimlə görüşməyi istəmir, dostum da sevgilisinə hörmət etdiyi üçün mənimlə görüşmürsə, bunu problem etmərəm. Dostluq gözləməyi bacarmaqdır, o, nə vaxtsa geri qayıdanda qollarını açmaqdır. Getmək istəyəndə icazə ver, gəlmək istəyəndə də icazə ver – dostluq budur.

- Keçmiş sevgilinizdən və Arda Turanla münasibətinizdən danışdıq. İndiki sevgiliniz Tuna Aksu bu cavabları oxuyanda əsəbiləşməyəcək?

- Yox. O, mənimlə bağlı hər şeyi bilir.

- Yeni sevgiliniz evlənmə təklifi edibmi?

- Sağ olsunlar, birlikdə olduğum bütün kişilər mənimlə evlənmək istədilər. Daha öncə evlənmədikləri üçün evliliyin gözəl bir şey olduğunu zənn edirdilər. Amma mən onları bu fikirdən daşındırdım.

- Keçmiş həyat yoldaşınız Massimo Kusimano özünüzü Ancelina Coli zənn etdiyinizi və buna görə boşandığınızı iddia etmişdi. Siz isə xəyanətə uğradığınızı dediniz…

- Massimo tanınmayan biridir. Elə danışaraq gündəmdə qalmaq, ölkəmizdə aktyorluqla məşğul olmaq istəyirdi. Təxminən iki ildən çox evli qaldıq. Ancaq mən yanlış insanla evləndiyimi hələ 6-cı ayda anlamışdım.

- Necə oldu ki, səhvinizi anladınız?

- O, məni evli və zəngin bir qadınla aldatdı. Anama xərçəng diaqnozu qoyulmuşdu. O, isə xəstəxananın qabağında mənə üç gün sonra əyləncə məclisinə getmək istədiyini dedi. Sonra öyrəndim ki, həmin məclisə sevgilisi ilə gedib. Hətta ailəsini də o qadınla tanış edib. Həyatımdan çıxıb getməyini o qədər çox istəyirdim ki… Məndən maddi-mənəvi tələbləri var idi, hamısını ödədim və boşandım. Yəni azadlığımı pulla almalı oldum.

- Həyat hekəyənizdə xəyanət, eşq ağrısı, kədər var... Ancaq insanlar sizə baxanda gözəl və xoşbəxt bir qadın görürlər.

- İndi həyatımdan məmnunam. Ancaq kifayət qədər dram yaşamışam. Mənim 5, bacımın isə 7 yaşı olanda valideynlərimiz ayrılıblar. Atam anama xəyanət edib. Atam ayrılarkən bizə baxmaq istəmədiyini deyib. Bizi nənəmlə babam böyüdüb. Yıxılanda “ana” əvəzinə, “nənə” deyə ağlayırdım.

- Valideynlərinizlə görüşmürdünüz?

- Atamla görüşmədik. Anamla isə görüşlərimiz olduqca qeyri-adi şəraitdə reallaşırdı. Anam ikinci dəfə evlənəndə ərinin ailəsindən dul qadın olduğunu gizləyib. Bizi isə bacısının övladları kimi təqdim edib. 12 il biz hər bazar ertəsi anamgilə axşam yeməyinə gedirdik. Anamın ərinin valideynləri vəfat edəndən sonra bu yalan bitdi.

- 39 yaşınız var və gün keçdikcə gözəlləşirsiniz. Deyilənə görə, qadınlar 35-40 yaş arasında gözəlliyin zirvəsində olurlar.

- Bu fikri dəstəkləyirəm. Gənclik fotolarıma baxanda fərqi hiss edirəm. İllər keçdikcə üz cizgilərim gözəlləşib.

- Düzdür ki, siz gözəllik yarışmasında iştirak etdikdən sonra qapınızda yatanlar olub?

- Bunu sadəcə bir dövrə aid etməyək. Mənim qapımda həmişə yatanlar olub (Gülür).

- Ötən həftə iştirak etdiyiniz tədbirdə aktyor Barış Arduç da var idi. Sizi bir-birinizə yaraşdırdılar.

- Birincisi sevgilim var. İkincisi 39 yaşımdayam və istəsəydim bu gün Barış Arduç yaşında oğlum olardı. O qədər də ağlım qaçmayıb. Gözəl oğlandır. Ancaq mən sadəcə onu izləyə və yaxşılığı üçün dua edə bilərəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm