Layihə
“Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim” – FOTOLAR
İlyas Yalçıntaş son günlərin ən populyar müğənnilərindən biridir. 27 yaşlı İlyasın həyatı "X Factor" adlı mahnı müsabiqəsində iştirak etdikdən sonra tamamilə dəyişib. Bir anda ulduzu parlayan gənc müğənni indi şöhrətin dadını çıxarır. İnsana dinclik verən səs tonu, mahnını hiss etdirmək qabiliyyəti və yaraşıqlılığı ilə hər kəsi özünə heyran edən İlyasın qabiliyyətləri bununla bitmir. O, mahnılarının bir çoxunu özü yazır, bəzilərini isə dostları ilə bəstələyir. Mahnı müsabiqəsində səsləndirdiyi "İncir" mahnısı ilə uzun müddət gündəmdə qalan İlyas Yalçıntaş çox keçmədən "İçimdeki duman" adlı albom çıxararaq pərəstişkarlarını sevindirdi. Gənc müğənni elə bu münasibətlə aparıcı Ömür Gedikə müsahibə verib.
İlyas Yalçıntaşı daha yaxından tanımaq istəyirsinizsə, diqqətiniz Publika.az-ın "Şirin söhbət"ində olsun.
- Kənardan baxanda özünə qapanan insan təsiri
bağışlayırsan. Ancaq səninlə bir az söhbətləşən kimi nə qədər
istiqanlı olduğunu anladım.
- Xarakterim belədir. Görünməz zirehim var. Soyuqqanlı və
sakit görünürəm, bunun fərqindəyəm. Ancaq bunu bilərək
etmirəm.
- Deyəsən, bu tənqidi hamıdan eşidirsən.
- İnsanlar mənə həmişə belə deyirlər: "Səni ilk dəfə görəndə təkəbbürlü olduğunu düşünmüşdüm, ancaq tanıdıqdan sonra çox sevdim".
- Haralısan?
- Anam Adapazarındandır, atam isə Ərzincanlıdır. Ərzincanda
doğulmuşam, ancaq İstanbulun Kadıköy bölgəsində böyümüşəm.
Uşaqlığımın yarısı Ərzincanda, yarısı İstanbulda keçib.
- Tək uşaqsan?
- Beş uşağıq: dörd qardaş, bir bacı. Oğlanlardan ən balacası mənəm.
- Necə oldu ki, İstanbula gəldiniz?
- İbtidai məktəbi bitirdikdən sonra anama orada qalmaq
istəmədiyimi dedim. O da atama təzyiq etdi. Yığışıb İstanbula
gəldik. Kənd həyatından sonra İstanbuldakı "qiyamət"ə öyrəşmək
çətin oldu. Həddən artıq çox insan var idi və mən bir anda
kiçildiyimi hiss etmişdim. 11 yaşımda idim, qorxurdum. Pişik balası
kimi ürkək idim. Ona görə də, özümə qapandım.
- Çətin dövrlərdən keçmisən.
- Bir müddət sonra öyrəşdim. Dostlar tapdıqdan sonra özümə olan güvənim artdı. Ancaq məktəbdə mənə gülənlər də az olmurdu. Onlara fərqli gəlirdim, hətta "dəli" deyənlər də olurdu.
- Gitarada ifa etməyə nə vaxt başladın?
- Turizm litseyinə getdim. Elə gitara ilə də o vaxt tanış
oldum. Əslində gitaranı bacıma almışdılar. O, kursa getdi, ancaq
çalmağı öyrənə bilmədi. Bir gün qardaşım musiqiçi dostunu qonaq
gətirdi. O da bacımın gitarasında Feridun Düzağacın "Alev alev"
adlı mahnısını ifa etdi. O an sanki içimdə alov yandı, musiqi
eşqimə kibrit vurdular. O gündən sonra gitara əlimdən
düşmədi.
- Gitarada ifa etməyə balşayandan sonra yəqin ki, qızların da diqqətini çəkmisən.
- Düzdür, qızların musiqiçilər üçün ürəyi gedir. Ancaq mən gitaraya o məqsədlə başlamamışdım. Sevgilim var idi, hətta musiqi karyeram üçün ondan ayrılmışdım.
- O dövrdə musiqidən gəlir əldə edə bilirdin?
- Yox, pul qazana bilmirdim. Məhəllədə kiçik bir kafe var idi, orada ifa edirdim. Kafenin sahibi xərclik verirdi. 20 yaşıma kimi belə davam elədi. Sonra atam rəhmətə getdi. Sevgilim var idi, səkkiz ay idi ki, birlikdəydik. O, ailəsi ilə birlikdə Antalyaya köçdü. Mən də gitaramı götürüb onun ardınca getdim. Cibimdə sadəcə bilet pulu vardı. Orada iş tapdım. Hər şeyin yoluna düşdüyünü fikirləşdiyim bir anda sevgilim məni tərk etdi. Sən demə, başqası ilə görüşürmüş.
- Yəni sənə xəyanət edib?
- Məni aldatdığını düz 2 ay sonra öyrənmişəm. Əslində
hərəkətlərindən az-çox bəlli olurdu. Ancaq mən sevəndə kor
olanlardanam.
- İndi həyatında kimsə var?
- Bir ilə yaxındır ki, yalnızam.
- Niyə?
- Artıq duyğularımla deyil, məntiqimlə qərar verirəm. Ən
nifrət etdiyim şey isə qışqanclıqdır. Qarşı tərəfin təzyiqlərinə
dözə bilmirəm.
- "X Factor" müsabiqəsində iştirak etməyə necə qərar verdin?
- Həyatımdan bezmişdim. Hər şey sıxıcı idi. Bir anda qərar verdim, qabığımdan çıxmaq istədim.
- Məşhur olacağını xəyal edirdin?
- Hiss edirdim.
- Sənə serial və film təklifləri gəldiyini eşitmişəm. Aktyorluq etmək niyyətin var?
- Bir neçə təklif gəlib. Əslində teatrda özümü sınamışam. Aktyorluq qabiliyyətimin olduğunu düşünürəm. Ancaq indi sadəcə musiqi ilə məşğul olmaq istəyirəm.
- Fanatların sənin yanında qız görmək istəmirlər. Bu vəziyyət işini çətinləşdirmir?
- Düzdür, sadəcə musiqimi deyil, xarici görkəmimi də
bəyənirlər.
- Bəs sevgilin olsa və pərəstişkarların mənfi reaksiya
versə, nə edərsən?
- Yəqin ki, sevgilim olduğunu açıqlamaram. Çünki məni sevənlərin kədərlənməyini istəmirəm.
- Sevgilin bu vəziyyətlə barışmasa?
- Məni anlayan biri ilə sevgili olaram.
- Müsahibələrinin birində demisən ki kaş hər kəs musiqi ilə məşğul olsa, onda dünyadakı müharibələr sona yetər.
- Buna inanıram. Çünki musiqi insanın ruhunu müalicə edir. Mən də aqressiv uşaq idim. Musiqi ilə maraqlanandan sonra dəyişdim.
Ləman Sultan
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir