Layihə
Mayalıların “saxta qızıl”la bağlı sirri – FOTOLAR
Qızılı sevməyən insan yoxdur. Publika.az-ın "Mücrü" layihəsində bu dəfə ilk baxışdan qızıla bənzəyən və buna görə də qədim dövrlərdən bəri insanların diqqətində olan pirit daşı haqqında oxuyacaqsınız.
"Alov" kimi parlaq
Adını yunanca "pyros" sözündən alıb, mənası "atəş" və ya "alov" deməkdir. Pirit kristal halında tapılır və qızıla bənzəyir. Ona görə də ona bəzən "saxta qızıl" deyilir. Əsasən maqmatik süxurlarda meydana gəlir. Pirit daşı elektrik keçirir və xəfif şəkildə qızdırıldıqda az miqdarda elektrik istehsal edir. Bu daş parlaq gümüşü və ya qızılı rəngdə olur.
Mayalıların siri
Qədim mədəniyyətlər pirit daşından geniş şəkildə istifadə ediblər. Bu daşdan ən çox istifadə edənlər mayalılar olub. Onlar daşın sirrini qonşu xalqlarla paylaşmayıblar. Arxeoloji qazıntılar zamanı əldə edilən məlumatlara görə, mayalılar pirit daşından hazırlanan, güzgüyə bənzər lövhələrə baxaraq qorxuları ilə üzləşdiklərinə inanıblar. Onların bu lövhələrdən digər bir istifadə məqsədləri isə o biri dünya ilə əlaqə yaratmaq olub.
Qədim Çində də piritdən geniş şəkildə istifadə edilib. Bu daşdan hazırlanan kürələr dünyanın simvolu hesab edilib. Onlar evi bəzəmək üçün bu kürələrdən istifadə ediblər.
Qırmızı dərililər isə insanların ruhunu sağaltmaq və bir sıra xəstəlikləri müalicə etmək üçün pirit kristalından faydalanıblar.
Zənginlik və bərəkət gətirir
Bir çox qədim xalq piriti parlaqlığına görə dürüstlüyün simvolu hesab edib. Pirit həm də "zənginlik daşı" adlandırılıb. Bu daşın bərəkət gətirdiyinə inanıblar. Pirit daşı neqativ enerjini çəkir və əvəzinə pozitiv enerji yayır.
Hindistanda evlərdə qapının sol tərəfinə gözəl bir kasa qoyulur. Kasa su ilə doldurulur və içinə pirit daşı qoyulur. Beləliklə, evin ruzisinin artacağına, süfrəyə bərəkət gələcəyinə inanılır.
Piritin min bir faydası
Piritin uğur gətirdiyi, ondan istifadə edənlərin işini asanlaşdırdığı deyilir. İnsanın həyat eşqini çoxaldır, enerji verir. Özünüzü yorğun və halsız hiss etdikdə pirit daşından yararlana bilərsiniz.
Piritdən ofislərdə də istifadə edilməlidir. Çünki başqaları ilə yola getməyi asanlaşdırır, münasibətlərin istiləşməsinə səbəb olur.
İradəsini möhkəmləndirmək istəyənlər də bu daşa müraciət edə bilərlər. Bu baxımdan pirit pəhriz saxlayanlara və siqaret aludəçiliyinə son qoymaq istəyənlərə kömək edə bilər.
Elm pirit daşının beyin fuksiyalarını gücləndirdiyini sübut edib. Bu daş birbaşa zehnə təsir edərək hisslərlə məntiq arasında tarazlıq yaradır.
Mütəxəssislər xüsusilə, hər hansı mövzuda qərar almalı olduqda pritdən istifadə etməyi məsləhət görürlər. Çünki prit daşı dəqiq qərarlar almağa kömək edir.
Beynin sol lobunun aktivliyini artırdığı üçün imtahana girəcək uşaqlara da tövsiyə edilir.
Pritin faydalı xüsusiyyətləri bununla da bitmir. Həddən artıq stressə məruz qalanlar, yuxusuzluqdan əziyyət çəkənlər də bu daşdan faydalanmalıdır. Yatmazdan öncə pirit daşını ovcunuza yerləşdirin və 10 dəqiqə saxlayın. Bu asanlıqla yuxuya getməyinizə kömək edəcək.
Pirit immunitet sistemini gücləndirir. Tez-tez xəstələnənlər, qripdən əziyyət çəkənlər bu daşa biganə yanaşmamalıdır. Pirit infeksiyalara və viruslara qarşı təsirlidir. Yaraları tez sağaldır.
Pirit həm də həzm problemlərini həll edir, qan dövranını sürətləndirir.
10 dəqiqədən sonra…
Ancaq bir nüansa diqqət etmək lazımdır. Digər qiymətli daşlardan fərqli olaraq piriti daim yanınızda gəzdirməməlisiniz. Əks təqdirdə yarardan çox, zərər verə bilər. Tərkibi sülfürdən ibarət olduğu üçün dəri ilə təmas zamanı orqanizmə keçərək sağlamlığa zərər verə bilər.
Pirit də digər şəfalı daşlar kimi tez-tez təmizlənməlidir. Onu 15 gündən bir və ya həftədə bir dəfə torpaqda saxlamaq lazımdır. Beləliklə, daş özündə topladığı mənfi enerjini atacaq və şəfalı xüsusiyyətlərini geri qazanacaq.
Ləman Sultan
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!
-
Magazin122 May 21:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya22 May 20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az22 May 19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil22 May 18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial22 May 16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya22 May 15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya22 May 14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır












.jpg)


























