İtaliyaya səyahət etmək üçün 12 SƏBƏB - FOTOLAR
Bizi izləyin

Layihə

İtaliyaya səyahət etmək üçün 12 SƏBƏB - FOTOLAR

İtaliya dedikdə ağlınıza ilk olaraq nə gəlir? Nadir iqlimi, gözəl təbiətimi? Sənətin cənnətimi? Fədakar və romantik qəhrəmanlar - Romeo və Cuyettanın vətənimi? Sofi Loren, Monika Belluççi kimi ehtiraslı qadınlarmı? Emosional kişilərimi? Səmimi və müsbət enerji italyanları? Bəlkə mafiası? Ya da dəb paytaxtı Milan? Yoxsa spagetti və pizzamı? Sizi bilmirəm, mən üçün İtaliya bunların hamısı ilə birlikdə assosiasiya olunur və bütün ən gözəl duyğularım bir-birinə qarışır...

Əslində, İtaliyanın təqdimata ehtiyacı yoxdur. O, bütün dünyada - turistlərin çox axışdığı ən gözəl ölkələrindən biridir. Ona bəzən Avropanın muzeylər ölkəsi də deyilir. Bəs niyə İtaliya bu qədər çox sevilir? Niyəsini Publika.az-ın “Yolçu” layihəsində öyrənəcəksiniz. Bu layihəmizin əsas missiyası səyahət etmək istəyən oxucular üçün bələdçi rolunu oynamaq, onları müxtəlif ölklərin mədəniyyəti, mətbəxi, gəzməli-görməli yerləri ilə yaxından tanış etməkdir. Odur ki, yolçu yolda gərək, gözlər isə yazıda gərək...

1. Piza qülləsi

Avropanın görməli yerlərinin 2/3-si məhz İtaliyada yerləşir! Əminliklə demək olar ki, kim İtaliyada olmayıbsa, o, Avropada olmuş sayılmır. Və sizin mütləq Piza qülləsində çəkilmiş orijinal selfiniz olmalıdır. Bu 56 metrlik Piza qülləsi sübut edir ki, səhvlər də uğur gətirə bilər. Axı bu qüllə əyri tikilməsə idi, onda çətin ki, bütün dünyada belə populyar olardı. Bu qüllənin tikintisinə 200 il sərf olunub. Tikinti zamanı qüllə bir neçə dəfə yıxılmaq təhlükəsi ilə qarşılaşıb. Həm əyriliyi, həm də digər memarıq üslubuna görə diqqət obyekti olan qüllənin daha möhkəm və davamlı vəziyyətə qalması üçün dağılmış sütunları dəfələrlə dəyişdirilib. 2008-ci ildə yer altı işlər aparılıb və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilib.

2. Venesiya

Турист.jpg

Гандолы в Венеции

Venesiya karnavalı, əlbəttə ki, turistləri çoxsaylı kanallarda gəzdirən qayıqlar həqiqətən çox gözəldir. Bu şəhəri görmək üçün tələsməyə dəyər. Məsələ burasındadır ki, proqnozlara görə, 2028-ci ildə Venesiya Şəhərciyi yaşayış üçün yararsız olacaq, 2100-cu ildə isə su altında qalacaq və tamamilə məhv olub gedəcək. Venesiyaya maşınla getmək məsləhət deyil. Çünki orada maşın saxlamaq əsl bəladır. Venesiyada çəkilmiş “Turist" filmindəki qəhrəmanların (Ancelina Coli və Conni Deppin) macəralarını təkrarlaya bilməsəniz də, ən azından çəkilişlərinin aparıldığı dəbdəbəli “Danieli” və “Palazzo Moretta Pisani” otellərini görmək imkanı qazanmış olacaqsınız.

3. Kolizey

Амфитеатр Флавиев, Колизей

Flavium Amfiteatrı daha çox Kolizey kimi tanınır. O, qədim dünyanın ən nəhəng tarixi abidələrindən, həmçinin Romanın simvolu və yeddi yeni möcüzəsindən biridir. Bu amfiteatr minlərlə qladiatorların qətlinin şahidi olub. Təəssüf ki, o günümüzədək ideal vəziyyətdə qala bilməyib.

4. Açıq səmada təbii muzey - Florensiya

Флоренция в Италии

İtaliyanın şimalında yerləşən bu şəhər gələn turistləri özünə elə aşiq edir ki, heç kim vətəninə qayıtmaq istəmir. O, qeyri-adi dərəcədə gözəlliyinə görə, təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər kimi də tanınır. Təəccüblü deyil ki, Leonardo Da Vinçi, Mikelancelo, Qaliley, Dante və Ameriqo Vespuççi məhz burada doğulub. Onların əsərləri bu gün də Florensiya qalereyalarını və muzeylərinin ziyarətçilərini heyran edir.

4. Vatikan

Государство Ватикан

Vatikan ayrıca cırtdan ölkə olsa da, İtaliyaya səfər etmədən oraya getmək mümkün deyil. Müqəddəs Pyotr məbədi, Sikstinskaya kapellası və Vatikan kitabxanası Vatikanın gəzməli-görməli yerlərindən yalnız bir neçəsidir.

5. Vezuvi vulkanı və Pompey

Везувий и Помпеи

Pompey şəhəri hazırda yanmaqdan olan Vezuvi vulkanın partlaması nəticəsində məhv olub. 79-ci ildə Bu şəhərdə 2 000 nəfər bir anın içində külə dönüb. Əgər ağciyər deyilsinizsə, Əsirlər Bağında sizi dəhşətə gətirən mənzərələrlə qarşılaşmağa hazır olun. Məsələn, 13 vulkan qurbanlarının dondurulmuş cəsədi...

6. Modapərəstlərin cənnəti - Milan

Милан

Modapərəst qızlar yaxşı bilir ki, dəb qanunvericilərinin çoxunu Milan yetişdirib. Qızlar Milanı dünyanın dəb və şopinq paytaxtı olduğuna görə sevir. Kişilər isə bu şəhəri iki futbol klublarının: "Milan" və "İnter"-in vətəni kimi tanıyır. Məşhur La Skala operası da bu şəhərdə yerləşir. Həmçinin siz burada çox gözəl xram və məbədləri gəzə bilərsiniz.

7. Ferrari Muzeyi

Музей Феррари

Elə bir oğlan yoxdur ki, italyan istehsalı olan bu avtomobilə sahib olmaq arzusunda olmasın. Siz Maranelo şəhərciyində Ferrari muzeyini ziyarət edə bilərsiniz. Muzeyin birbaşa qarşısında isə 30 dəqiqəsi 80 avro olan “Ferrari California” avtomobillərini icarəyə götürmək təklif edilir.

8. Ağzının dadını bilən adamlar üçün - Pizza...

Пицца в Италии

Mmmm... “Yeyin, dua edin və sevin” filminin qəhrəmanın ilk üz tutduğu məkan İtaliya olur. Burada o, əylənir, kefi istədiyi qədər yerli şirniyyatlardan dadır və sözün əsl mənasında, neçə vaxtdır yığılıb qalan stressini bənzərsiz İtaliya mətbəxinin sayəsində atır... Dünyanın ən dadlı pizzasını yemək üçünsə o, dostları ilə birlikdə Neapola yollanır. Axı dünyanın ilk pizzası məhz Neapolda bişirilib. Neapol Pizzasının dadı sizə bütün problemlərinizi unutdursa da, pul kisəsindən maksimum ehtiyatlı olun. Əks halda bu şəhərin hər küçəsində rast gəlinən “sərrast” oğrular sizi elə soyub-talayar ki, heç ruhunuz da inciməz...

9. İtalyan pendiri

Итальянский сыр Моцарелла

İtaliya bu mənada İsveçrədən bir qədər geri qalır. Ancaq hər halda mozzarela və parmezan italyan pendirinin populyarlığı İsveçrə pendirindən az deyil. İtaliyaya təkcə bu pendirə görə getmək lazım deyil, onların ev pendir də çox dadlıdır.

10. Genuya şəhəri

Xristofor Kolumbun vətənini - Geynuya İtaliyada ən böyük limandır. Şəhəri gəzəndə onun əsas görməli yerlərindən biri - okeanariuma səfər etməyi unutmayın. Burada siz nəinki dəniz dərinliklərinə enə, həm də şəhərin panorama mənzərəsini seyr etmək üçün çox böyük yüksəkliyə qalxa bilərsiniz.

11. Qırmızı şərab

Вина Тосканы.jpg

İtaliya haqqında təəssüratları məşhur Toskana şərabı ilə yerli qoyun pendiri, ağ göbələk və ya trüfelin vəhdəti ideal şəkildə tamamlayacaq... Bilməyənlər üçün qeyd etməliyik ki, Toskana İtaliyada şərabçılıq mərkəzi hesab edilir. Lakin Baş rolda Ornella Mutinin çəkildiyi “Dəlicəsinə vurulan” filminin qəhrəmanı kimi sərxoş olub, gecəni yad kişinin evində keçirtmək istəmirsinizsə, həddi aşmayın. Bütün italyan kişiləri Barnaba kimi alicənab olmaya bilər. Ləziz pizza, pendir, şərab, isti tost, ovsunlayıcı İtaliya mənzərələri... Bundan daha yaxşı nə ola bilər?

12. Ehtiraslı italyan gözəlləri

İtaliyanın başlıca sərvətləri görkəmli dizaynerlər və rəssamlarından ibarət deyil. Yerli gözəllər də ölkənin fəxri hesab olunur. İtalyan qadınları əbəs yerə dünyanın ən gözəl qadınları hesab edilmir. Kino və musiqi tarixinə nəzərə salsaq, Sofi Loren, Monika Belluççi, Ornella Muti, çoxlu misallar tapa bilərik. Onlar incə bədən quruluşu, coşqun ehtirasları və ilkin mənası şəhvət olan seks-simvol titulları ilə tanınırlar.

İtalya haqqında bilmədikləriniz

1. İtalyanlar digər avropalılardan fərqli olaraq tez-tez zəlzələlərə məruz qalır.

2. İtaliya Avropada vulkanların ən çox olduğu ölkədir.

3. İtaliyada canavar qeyri-rəsmi milli heyvan sayılır və onun adı əsasən Roma barədə əfsanələrdə hallanır.

4. Ən yüksək Bienko Monti zirvəsi İtaliyada səfərdədir. Onun hündürlüyü 15,771 metrdir.

5. Latın Vatikanda hələ də rəsmi dildir.

6. Milli gəlirin 63% -i İtaliyaya turizm verir.

7. Dante İtaliya ədəbiyyatının inkişafına əhəmiyyətli töhfə verib və o, italyan dilinin atası hesab edilir.

8. İtalyanların sevimli məşğələsi - boş vaxt şəhərdə gəzintilər, özünü göstərmək və başqalarına baxmaqdır...

9. Florensiyada yerləşən Uffici qaleriyası dünyada ən qədim muzeydir. Mikelancelonun, Botiçellinin və Leonardo Da Vinçi işləri orada saxlanılır.

10. İtalyanların 85% -i katolikdir.

11. Futbol İtaliyada ən sevimli və populyar idman növü sayılır.

12. İtaliyada ən böyük və əlamətdar bayram – Miladdır.

13. İtaliya moda dünyasında öncül yerlərdən birini tutur.

14. Dünyanın ilk operası məhz İtaliyada 16-ci əsrdə yazılıb. Dünya şöhrətli, gözəl tenor səsli ifaçı Luçano Pavarotti də italiyalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm