Flora Kərimova özündən çıxdı: “Açıb özümü ortaya qoymamışam”
Bizi izləyin

Magazin1

Flora Kərimova özündən çıxdı: “Açıb özümü ortaya qoymamışam”

Xalq artisti Flora Kərimova həmkarı Nisə Qasımovanın ATV-də yayımlanan “Mənim dünyam” verilişinin qonağı olarkən geyindiyi transparan libası ilə maraq doğurub.

Publika.az-a açıqlamasında geyimdə cəsarətli olduğunu söyləyən müğənni hələ sovet dövründə efirə kürək və sinə dekolteli libaslar geyindiyini vurğulayıb: “Mənim Nisə xanımın verilişinə şəffaf paltar geyinməyim bəlkə də bəzilərini qıcıqlandırıb. Onlara ancaq bunu deyə bilərəm: Geyinmişəm, əcəb eləmişəm. Hər kəs bilir ki, hələ sovet dövründən cəsarətli geyinirəm. Efirə, konsert salonlarına cəsarətli kürək və sinə dekolteləri ilə çıxmışam. Heç kim də bir kəlmə söz deməyib. Ümumiyyətlə, mən Qərb estetikasında geyinən xanım müğənni olmuşam. Əgər bu yaşımda bədən quruluşum belə paltarları geyinməyə imkan verirsə, üstəlik geyindiyim yaraşırsa, niyə geyinməyim? Hər halda açıb özümü ortaya qoymamışam”.

Xalq artisti bundan sonra da cəsarətli libaslarla görünəcəyini bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm