Magazin1
Nazimdən Vasifə: “Yəqin, özünə gələ bilməyib” – QARŞIDURMA
Bu gün müğənni Vasif Məhərrəmli həmkarı Nazim Pişivari haqda canlı yayımda xoşagəlməz sözlər deyib.
Publika.az xəbər verir ki, ATV telekanalında qonaq olan Məhərrəmli, Pişivarinin sənətini şübhə altına alan fikirlər səsləndirib:
“Əvvəla ifaçının səsi olmalıdır. Səsdən sonra isə başqa şeylər gəlməlidir. Nazimin səsi yoxdur. O, müğənni deyil. Onun getdiyi toylara hamı gedir. Bu sözlərimi deyirəm, arxasında da dururam”.
Publika.az Nazim Pişivari ilə əlaqə saxlayıb. Qarşı tərəf atılan atmacalara soyuqqanlı münasibət bildirsə də, Məhərrəmlinin cavabını verib:
“Aramızda anlaşılmazlıq olmayıb. “Nanəli” verilişindən kənarlaşdırıldığına görə, yəqin, özünə gələ bilməyib. Bütün bunlar ona görədir. Vasifin mənim sənətim haqda dediyi sözlər önəm daşımır. Onun fikri nə xalqın fikridir, nə də peşəkar .
Məni peşəkar səhnəyə Flora Kərimova gətirib. Qoy, o, mənim haqda fikir bildirsin. Səsimin olub-olmamasının Vasifə dəxli yoxdur.
Hacıbaba Hüseynov, Tələt Quliyev, Razi Şükürov da bir o qədər böyük səs diapazonuna malik olmayıblar. İndi deyək ki, onlar sənətkar deyil, səsləri yoxdur? Vasifə isə demək istəyirəm ki, səs hamıda var. Hətta eşşəyin də səsi var. Özü də çox böyük diapazonda… Vasif öz yaradıcılığı ilə məşğul olsa, daha yaxşı olar. Bu ona baş ucalığı gətirər”.
Nazim həmkarının sənəti və yaradıcılığı barədə maraqlanmadığını bildirib:
“Onun sənətinə qiymət vermək mənim işim deyil. Qoy, peşəkarlar onun haqda danışsınlar. Mən kiməm ki? Yalnız onu deyə bilərəm ki, bu günə qədər Vasif Məhərrəmli yaradıcılığı ilə məni təəccübləndirməyib”.
İsa Şükürov
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO