Magazin1
34 yaşlı aşıq: “Ailə qurub, ata olmaq istəyirəm”
“Hazırda əsas məqsədim aşıq sənətini daha da yüksəklərə qaldırmaqdır. Bunun üçün əlimdən gələni edirəm. Yeni yaşımda digər arzum da ailə qurub, ata olmaqdır”.
Publika.az xəbər verir ki, bu sözləri bu gün 34 yaşını qeyd edən aşıq Namiq Fərhadoğlu deyib: “Bu gün yeni yaşa qədəm qoyuram. İlk təbrik edən sənətşünas alim Elxan Məmmədli olub. O, “Köklə sazı” layihəsinin ilk buraxılışında ürək sözlərini çatdırdı. Sonra ailə üzvlərim, tələbələrim və dostlarım təbrik etdi. Gecədən zənglərin, təbrik mesajlarının ardı-arası kəsilmir. Hər il doğum günümü təmtəraqlı qeyd edirəm, 400-500 qonağım olur. Bu il buna gərək görmədim. 35 yaşımı samballı keçirəcəm. Heydər Əliyev Sarayında, ya da Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etmək istəyirəm. Cavan olmağıma baxmayaraq, çoxlu işlər görmüşəm. Daim aşıq sənətinin inkişafı üçün çalışmışam. Hazırda da missiyamı yerinə yetirirəm. Dünən layihə rəhbəri olduğum “Köklə sazı-3”-ün ilk buraxılışı efirə getdi. Layihədən sonra dostlarla bir araya gəlib kiçik məclis düzəltdik. Özümlə, sənətimlə bağlı arzularım çoxdur. Özümə xoşbəxtlik və can sağlığı arzulayıram. Önümüzdəki ildə evlənib, ata olmaq istəyirəm. Ən böyük arzularımdan biri valideyn olmaqdır”.
Cəvahir


-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO







.jpg)













.jpg)















